Şəkil 1.7-də gənclər üçün kostyum təqdim edilir. Görmək çətin deyil ki, insan fiqurunun təbii proporsiyaları burada ciddi şəkildə dəyişdirilmişdir - başın ölçüsü azaldılmış və aşağı ətraflar xeyli uzadılmışdır.
Çox zaman eskizlərdə proporsiyalar bədənin bütün uzunluğu üzrə qeyri-bərabər şəkildə dəyişir: aşağı hissə (ayaqlar) yuxarı hissədən (gövdə və əllər) daha çox uzadılır. Bəzən ekstremal gənclər geyiminin modelini təsvir edərkən dizaynerlər bədəni uzadaraq əl nahiyəsini və dabanı xeyli uzatmalı olurlar. Bu cür stilizə həmçinin bir qədər mübaliğəli formada hazırda estetik nümunə olan yeniyetmə fiqurunun xüsusiyyətlərinin qabardılmasına kömək edir və eskizə əlavə ifadəlilik və obrazlılıq verir.
Aydındır ki, müxtəlif eskizlərə eyni meyarla yanaşmaq olmaz. Məsələn, şəkil 1.7-də təqdim edilən fiqurunun təsviri manerası orta yaşlı insanlar üçün kostyum eskizlərin işlənilməsində, yaxud iş adamı geyimlərinin eskizləndirilməsində yaranır.
Beləliklə, bu və ya digər stilizə üsulunu seçərkən aşağıdakı faktorları hökmən nəzərə almaq lazımdır:
Stilizənin dərəcəsini və rəsmin şərtilik dərəcəsini də düzgün müəyyən etmək vacibdir. Bəzi eskizlərdə insanı və kostyumu daha ətraflı və dəqiq təsvir etmək vacibdir, digərlərində kostyumun və fiqurun ümumi kütləsinin göstərilməsi kifayətdir. Təsvirin şərtilik ölçüsü eskizin növündən və onun icra edilməsi texnikasından asılıdır. Lakin bütün hallarda dizaynerin seçdiyi stilizə dərəcəsi, həm bir eskiz kağızının müxtəlif elementləri, həm də eskizlər seriyası üçün ümumi olmalıdır.
Fəaliyyətə yeni başlayan hər bir dizayner yadda saxlamalıdır ki, insan bədəninin cins və yaş xüsusiyyətlərini nəzərə almaqla onun təbii proporsiyalarının dərindən öyrənilməsi, həmçinin onun təsvir vərdişlərinin mənimsənilməsi və təkmilləşdirilməsi birinci dərəcəli əhəmiyyət kəsb edir. Axı insan anatomiyasını bilməməyi, fiquru düzgün çəkməyi bacarmamağı heç bir stilizə ilə ört-basdır etmək mümkündür.