Belə fiqur harmonik qamətli hesab olunur, uzadılmış bel nahiyəsi aydın ifadəli görünür, mükəmməl qamətli boyuna malikdir, müqayisədə başı o qədər də böyük deyil, proporsional aşağı və yuxarı ətrafları var.
Maraqlıdır ki, fiqurun hər bir ayrılma elementində "qızıl kəsik" prinsipini müşahidə etmək olur. Məsələn, əl nahiyəsinin uzadılmış uzunluğu said nahiyənin uzunluğuna, said nahiyənin uzunluğu çiynin uzunluğuna, əl nahiyəsi və said nahiyənin uzunluğu bütün qolun uzunluğuna, çiyin nöqtəsindən tutmuş əl nahiyəsinin orta barmağının toxunacağına qədər bu nisbətdədir.
İnsan bədəninin proporsiyasının riyazi əsası, əlbəttə, sərt qanuni xarakteri daşımır. Aydındır ki, hər fiqurun quruluşu insan bədəninin ayrılma nisbəti haqqında ideal təsəvvürü ifadə edən "qızıl kəsik" prinsipinə uyğun gəlmir.
İnsan fiqurunu nəzərdən keçirərkən görmək olar ki, o, formasına görə çox sayda daha sadə formalardan ibarət mürəkkəb bir quruluşdur. Eskiz qrafikasında fiqurun təsvirini sadələşdirmək, onu sadə və anlaşılan həndəsi formalara köçürmək qəbul olunub.
Lakin bütün zamanlarda insan bədəni stilizənin - təbii proporsiyaların bilərəkdən təhrif edilməsi, fiqurun quruluşu kanonlara uyğunlaşdırılması başlıca predmet olmuşdur. Bu onunla bağlıdır ki, hər bir tarixi epoxa insan fiqurunun öz estetik ideal meyarını yaratmışdır (Şəkil 1.6).
Başın mürəkkəb forması çevrə şəkilli, yaxud yumurtaya oxşar formada qəbul edilir, gövdə böyük əsası çiyin qurşağı, kiçik əsası isə bel olan trapesiyaya çevrilir. Trapesiya formasında bədənin kiçik hissəsini - beldən qasığa qədər hissəni də aid etmək olar. Bu cür sadələşdirilmiş sxem insan fiqurlarının müxtəlif xüsusiyyətlərini - dar və enli çiyinləri, beli,
baldırları əks etdirməyə
imkan verir. Nəticədə, az və ya çox arıq,
yaxud kök fiqur alınır.
Lakin müasir eskiz qrafikasında yalnız üfüqi ölçülərin nisbətini dəyişmək qəbul olunmayıb. Dizaynerlər başın bütün boyun 1/8 hissəsini təşkil etdiyini bilsələr də, çox zaman bu proporsiyanı pozurlar. Belə ki, bəzi eskizlərdə başın ölçüsü bütün fiqurun 1/12 hissəsi olur. İnsan bədəninin təbii proporsiyasının təhrif olunması ona gətirib çıxarır ki, tamaşaçı təsvir olunmuş insanı daha ucaboy və qamətli qavrayır, çünki başın ölçüsünün azadılması bədənin və ətrafların uzadılması duyğusu yaradır. |
Şəkil 1.7. Stilizə olunmuş fiqurun təsviri ilə
kostyumun eskizi
|