İnsanın boyunu - insan fiqurunun anatomik quruluşu onun əsas konstruktiv qursaqları ilə müəyyən edilən bərabər kəsimlərə bölünür. Belə kəsim cəmi səkkiz dənədir. Bu proporsiyalandırma sisteminə uyğun olaraq əmgəkdən bel xəttinədək məsafədə düz üç kəsim yerləşir ki, bunlardan da hər biri başın uzunluğuna bərabərdir. Bel xəttindən döşəmənin (insanın durduğu yer) xəttinə qədər məsafə özündə müvafiq olaraq beş kəsim yerləşdirir.
Bel xətti fiqurun əsas üfüqi bölgüsü olduğundan onu şərti olaraq, yuxarı və aşağı hissələrə bölürlər. Beləliklə, insan bədəninin bu əsas hissələrinin nisbəti 3:5 təşkil edir ki, bu da "qızıl kəsiyin" təqribi rəqəminə oxşardır (Şəkil 1.5).
Bədənin orta xətti qasıq səviyyəsində keçir: yuxarı və aşağı hissələrdən hər birinin payına dörd kəsim düşür. Öz növbəsində, dörd aşağı kəsim diz qapağı ilə yarıbayarı bölünür - ombanın uzunluğu iki kəsimdən ibarətdir, daha iki kəsim isə baldırın və dabanın payına düşür.