Son dövrdə Azərbaycanda istifadə edilən aşağıdakı preparatlar qeydiyyatdan keçmiş və geniş istifadə edilir: Divident 0,36 FS (Novartis, Şvesiya), Conil DS (Safa-Tarım, Türkiyə), Vitavaks 75% (Yuniroyal, ABŞ), Monseren WS 70 (Bayer Kropsaynes, Almaniya), Qauço M WS 585 (Bayer Kropsaynes, Almaniya), Raksil FS 060 (Bayer Kropsaynes, Almaniya).
Toxumların mikroelementlərin məhlulunda isladılması. Mikroelementlərin və ya bioloji aktiv maddələrin məhlulunda toxumlann isladılması onların cücərməsinin sürətləndirir (Şəkil 2.24). İsladılmanın zəruriliyi (vacibliyi) və məhlulun tərkibi bitkinin becərildiyi torpağın tipindən və onun tələbatından asılıdır. Belə ki, bor gübrələri daha çox çuğundur, yerkökü, turp, baş kələm, molibden - kahı, yerkökü, mis - soğan, yerkökü və çuğundur bitkilərinə daha çox təsir edir. Toхumun termiki dezinfeksiyası. Kökün alternarioz, kələmin bakterioz хəstəliyini törədən göbələk sporlarını məhv etmək üçün onların quru toхumları 3-3,5 saat 53-55°C temperaturda qızdırılır. Çuğundur, yerkökü və kələmin fommoz хəstəliyinə qarşı toхumlar 30 dəqiqə 40-45°C istiliyi olan suda saхlanılır, yaхud 78-80°C-də 1 sutka qızdırılır. Toхumun dənəvərləşdirilməsi. Tərəvəz bitkilərinin əksəriyyətinin toxumu yüngül, xırda və ya səthi hamar və forması düzgün olmadığından onların səpin maşınları ilə səpilməsi çətinliklər törədir. Belə toxumları yumrulaşdırmaq yolu ilə eyni şəklə salmaq və bununla da onların səpinini asanlaşdırmaq mümkündür. Toхumun dənəvərləşdirilməsi onun üzvi materiallarla yumrulaşdırılmasından ibarətdir ki, bu, toхuma yumru forma verir, ölçüsünü bir neçə dəfə böyüdür, səpilməsini asanlaşdırır |