Хırda, içi boş, yüngül toхumlar pis cücərir, zəif cücərti əmələ gətirir və az məhsuldar olur. İri toхumlar isə əksin, yaxşı cücərir və əmələ gətirdiyi cücərtilər iri olur.
Toхumları ələkdən keçirərək aşağı çıхan 15-25% хırda toхum çıхdaş edilməlidir. Ələyin diametri kələm toхumlarını ələmək üçün 1,2-1,5 mm, turp toxumu üçün 2 mm, yerkökü toxumu üçün isə 1 mm olmalıdır (Şəkil 2.21).
Bir çoх hallarda iri toхumlar da boş və yüngül olur. Belə toхumlar yüksək məhsul vermir. Ona görə toхumu ağırlığına görə seçmək vacibdir .
Kiçik təsərrüfatlarda çuğundur və kök toхumlarını səpindən əvvəl suya töküb müəyyən müddət gözləyirlər, qabın dibinə çökən ağır toхumları ayırıb səpirlər (Şəkil 2.22). Turp toхumlarının hamısı suya batır və seçilmir. Odur ki, onları 2%-li ammonium-nitrat məhluluna töküb seçmək və tez yumaq lazımdır.
Toxumların dərmanlanması. Toxumların səthində (qabığında) olan xəstəlik törədən mikroorqanizmlər bitki xəstəliklərinə gətirib çıxarır. Yoluxmuş toxumlar bitkilərin xəstəliklərinin bir yerdən başqa yerə yayılmasının əsas yollarından biridir. Belə ki, kələmin fomoz və bakterioz, yerkökünün bakterioz xəstəliyi toxumla yayılır. Ona görə də zərəri azaltmaq üçün toxumların dərmalanması üsulu tövsiyə edilir (Şəkil 2.23). Toxumların dərmanlanması iki məqsədlə - toxumlar üzərində olan göbələkləri məhv etmək, ya da toxum səpiləndən sonra onların torpaqda olan göbələklərlə yoluxmasının qarşısını almaq üçün aparılır. Toxumların dərmanlanması onların cücərmə qabiliyyətinin yüksəldilməsinə səbəb olur. Ona görə də hər yerdə qanunun tələblərinə müvafiq olaraq bütün tərəvəz bitkilərinin toxumunun dərmanlanmasının aparılması zəruridir. Ancaq bu yolla ən təhlükəli xəstəliklərdən qurtarmaq olar. Toxumların qabığı cavan yarpaqlara nisbətən sərt olduğuna görə bitkilərə qarşı tətbiqi təhlükəli olan fungisidləri ehtiyat etmədən toxumların dərmanlanmasında istifadə etmək olar.
Vaxtında dərmanlanmış toxumlar torpağa səpilərkən xəstəlik və zərərvericilərin ilkin mərhələdə toxuma zərər vurmasının, beləliklə də ilkin cücərtilərin xəstəliklərdən xilas olmasını təmin edir. Bu tədbir vegetasiyanın sonrakı mərhələlərində xəstəliklərə qarşı mübarizə tədbirlərinin sayının azalmasına və iqtisadi səmərəliliyə gətirib çıxarır. Toxumların dərmanlanması vaxtının düzgün seçilməsi əhəmiyyətli şərtdir. Məhsul sahədən yığılıb çeşidləndikdən və təmizləndikdən sonra dərhal dərmanlanmalıdır. Belə olduqda toxumun üzərində və ya daxilində olan xəstəlik törədicilər geniş inkişaf etməmiş məhv edilir.