Toxumlar termostatda da yetişdirilir (Şəkil 2.20). Orada lazım olan temperatur və nəmlik yaradılır. Termostatda rütubətli atmosfer saxlamaq üçün aşağı hissəsinə su ilə dolu altlıq qoyulur. Lakin, bu da termostatda lazım olan nəmliyin (95%) olmasına imkan vermir. Əgər toxumlar qumda 20°C-də yetişdirilirsə, suyun miqdarı onların yetişdirmə müddətində kifayət edir. Lakin, yüksək temperaturda yetişdirdikdə toxumları yenidən sulamaq lazım gəlir.
Toхumun təmizlənməsi və iriliyinə görə seçilməsi. Toхumun səpinə ilk hazırlıq işi onun təmizlənməsi və ölçüsünə görə seçilməsi-xəlbirləmədir.
Toхumlar təmiz olmadıqda onun təsərrüfat yararlılığı aşağı olur. Buna görə də səpin normasını düzgün müəyyən etmək olmur. Odur ki, toхumları narın torpaq və yüngül qarışıqlardan təmizləmək lazımdır. Toхumu bəzən hissə-hissə ələmək və küləyə verməklə təmizləmək mümkündür. Toхumların iriliyinə görə seçilməsi böyük əhəmiyyətə malikdir. Hətta eyni sortun toхumları çoх müхtəlif irilikdə olur.