Toxumların üzəri isə nəmləndirilmiş kağızla örtülür və o kağızın qurumaması üçün üzərinə lövhə qoyulur. Toxumlar həmçinin rulon şəklində bükülmüş nəmləndirilmiş kağızların zolaqları arasında yetişdirilir. Toxumlar şahmat şəklində və ya əvvəlcədən çəkilmiş xətt üzərində eyni bərabərdə düzülür. Bu üsullar imkan verir ki, cücərtilər və kökcüklər uzuluğuna görə müqayisə edilsin. Bununla da təkcə cücərtiləri yox həm də onların boyatma gücünü təyin etmək mükün olur. Nəmli süzgəc kağızlarının qatları arasında toxumları yetişdirərkən hava mübadiləsinin çatışmamazlığı təhlükəsi olur. Bunun olmaması üçün yetişdirmə qablarından işıq düşən yerlər qoyulur. Toxumları qumda yetişdirmək üçün yetişdirmə qablarınının hündürlüyünün 1/3 hissəsi nəm qumla doldurulur. Toxumları düzdükdən sonra 0,5 sm qatında nəm qum tökülür və sıxlaşdırılır. Toxumları kağız və ya qum üzərində yetişdirdikdə cücərmiş toxumların sayını hesablamaq asan olur. Çünki, onlar yuxarı hissədə yerləşirlər və asan görünürlər. Lakin, bu üsulların çatışmazlığı odur ki, lazım olan nəmliyi həmişə yaratmaq olmur.