Laboratoriya şəraitində müxtəlif toxumlar müxtəlif materiallar üzərində cücərdilir ki, bu materiallar dövlət standartında göstərilir. Əksər toxumlar su çəkən kagız və ya tənzif üzərində, su hamamında, habelə, üzərinə həmin kağız sərilmiş qumda cücərdilir (Şəkil 2.18). İri toxumları (çuğundur) qumda cücərdirlər. Tərəvəz toxumlarının əksəriyyəti qaranlıqda cücərir (Cədvəl 2.2).
Toxumları xüsusi olaraq nəmləndirilmiş, qidalandırıcı mühitdə süzgəc kağız üzərində və yaxud kvarslı qumda (hissəciklərinin ölçüləri 2 mm-dən artıq olmamaq şərtilə) yetişdirilir. Kağız tam rütubət nəmləndirilir, bunun üçün o su ilə dolu kasaya salınır sonra çıxarıb, kağızda olan artıq su tam süzülənə kimi saxlanılır (Şəkil 2.19). Qumu istifadə etməmişdən qabaq palçıq hissəscikləri və tullantıları kənarlaşdırmaq üçün yuyulur, sonra isə qurudub ələkdən keçirilir. Qum tam rütubət tutumunun 60-80%-ə qədər nəmləndirilir. Nəmlik çatışmadıqda toxumların şişməsi və cücərməsi zəifləyir. Suyun çox olması isə havanın normal daxil olmasına mane olur. Bu da cücərməni zəiflədir və toxumların çürüməsinə səbəb olur.
Süzgəc kağızlarının qatlarının arasında toxumları müxtəlif üsulla yetişdirilər: