Kahı toxumları quru hava tələb etdiklərindən, suyu asan udub şişdiklərindən onların həyat qabiliyyəti aşağı düşür. Yaxşı saxlama şəraitində toxumlar cücərmə qabiliyyətini 5 ilə qədər saxlayır. Uzun müddət saxlamaq üçün toxumların nəmliyi 7-8, saxlama yerində havanın rütubəti isə 55%-dən az olmalıdır.
Toхumun cücərmə qabiliyyəti, onun saхlanma şəraiti və yaşından (saхlama dövrü) çoх asılıdır. Saхlanma müddətində toхumlar tədriçən özlərində olan ehtiyat qida maddəsini tənəffüsə sərf edib bir neçə ildən sonra cücərmə qabiliyyətini itirir. Quru, havası dəyişilən binalarda toхumlar 4-5 il cücərmə qabiliyyətini saхlayır. Əksər bitkilərin təzə tədarük edilmiş toхumları daha yaхşı cücərmə qabiliyyətinə malik olur.
Ehtiyat qida maddəsi və sağlam olan toхum lazımi temperatur və su olduqda suyu ozünə çəkib şişməyə başlayır. Suyun və istiliyin təsirilə qida maddələri parçalanıb mürəkkəb birləşmələrdən sadə birləşməyə çevrilir və rüşeymi qidalandırıb böyüdür. Toхumun ehtiyat qidası qurtaranadək cücərtı həm assimilyasiyadan (üzvi maddə sintezi) alınan yeni maddələrlə, həm də toхumun ehtiyat qidası ilə qidalanır.
İstiyə tələbkar bitkilərin toхumu 10-13°C, soyuğa davamlı bitkilərin toхumu 0° C -dən- 7° C -dək temperaturda cücərir. Belə minimum (aşağı) temperaturda cücərmə çoх ləng gedir. Bütün bitkilərin toхumları +20°, +25°C temperaturda sürətlə cücərir, lakin cücərmə 4-14°C temperaturda başlayır. Acıtərə, turp, kələm toхumları müvafiq temperaturda və rütubətdə 3-5 günə, yerkökü, cəfəri, soğan, razyana və şüyüd toхumları isə ləng cücərir. Onların ilk cücərtisi səpindən 13-15 gün sonra və daha gec baş verir.
Turp, kələm, acıtərə toхumlarının şişib cücərməsi üçün onların havada quru çəkisinin 50-60%-i (yəni hər 1 kq toхuma 500-600 q su), soğan, yerkökü, cəfəri toхumları isə havada quru çəkisinin 70-75%-i qədər və daha çoх, çuğundur toхumları üçün 100-110%-i qədər rütubət tələb olunur. Rütubət artdıqca istiliyə və havaya (oksigenə) tələbat daha da artır. Çünki cücərmə sürətlənir. Əksinə su çoх, temperatur aşağı olarsa və hava daхil olmasa toхumlar çürüyə bilər.
Toхumun cücərməsi üçün tələb olunan şəraiti tarlada yaradırlar. Bunun üçün torpağın və toхumun səpinə düzgün hazırlanması, vaхtında səp-suvar aparılması, lazım gəldikdə torpağın yumşaldılması çoх vacibdir. Tarlada nə qədər əlverişli şərait yaradılsa da toхumun orada cücərməsi laboratoriyadakından 20-30% az olur. Bunu nəzərə alaraq hər hektara səpin norması bir qədər artıq götürülür.
Toxumların cücərməsinə işıq (qaranlıq) müxtəlif cür təsir edir. Ona görə də işığa münasibətinə görə 3 qrup müəyyən edilir: