Şaxta vurmuş toxumlar. Yetişmə dövründə şaxta ilə zədələnən, asanlıqla qabığından ayrılan və səthi qırışıq olan toxumlara şaxta vurmuş toxumlar deyilir. Belə hallar əsasən Sibirdə və Şimali Qazaxıstanda qeydə alınır.
Bir sıra bitkilərin toxumlarında onları digərlərindən fərqləndirən xarakterik nişanə olur. Məsələn: cəfəri toxumlarında buruncuq çıxıntı, yerkökü toxumunda sərt tükcük- kirpiklər, şüyüddə qanad və s. (Şəkil 2.14).
Toxumun rəngini və səthinin xüsusiyyətini öyrənmək üçün lupa altında toxuma baxmaq, iyini isə orqanoleptik üsulla (əzib iyləməklə) təyin etmək lazımdır. Toxumun ümumi görunüşünü lupadan istifadə edərək böyüdülmüş halda çəkmək lazımdır.
Tərəvəz bitki toxumları yuxarıda göstərilən morfoloji xüsusiyyətləri ilə yanaşı, özlərinə məxsus ətirlərlərinə ğörə də bir-birindən fərqlənir. Məs., acıtərə, keşniş, şüyüd, razyana, cəfəri, kök, kərəviz, turp, kələm, reyhan, mərzə, və s. hər biri özünə məxsus ətrə malikdir. Elə bu ətrə görə toxumları tanımaq olar (bunun üçün toxumu diş altında əzmək lazımdır).
Toxumların cücərmə qabiliyyətini saxlaya bilməsi xüsusiyyəti, onların saxlanması məsələsini meydana çıxarmışdır.
Toxumların uzun müddət saxanması üçün imkan daxilində hər bir bitki növünün toxumunun tələbatına uyğun olan şərait yaradılmasıdır. Bu tələblər toxumların biokimyəvi xüsusiyyətlərindən, ən başlıcası isə toxum qabığının qruluşu və kimyəvi tərkibindən asılıdır.
Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanmalıdır.
Tam yetişməyən toxumlar suyu asan udduqlarından yüksək nəmlik və tənəffüs üçün şərait yaradırlar. Zəif inkişaf etmiş toxumlar dolu toxumlara nisbətən intensiv (güclü) tənəffüs edir.