Tərəvəz bitkiləri toxumların morfoloji xüsusiyyətlərinə (iriliyi, forması, səthinin səciyyəvi, rəngi və xüsusi xarakterik əlamətlərinə) görə çox müxtəlifdir. Onların müəyyən qismini bir-birindən asanlıqla fərqləndirmək mümkün olduğu halda bəzi fəsilələrə daxil olan bitkiləri (kərəviz, quşüzümü, kələmlər, soğanlar və s.) toxumlarını morfoloji nişanələrinə görə çətin seçmək olur, bəzən heç fərqləndirmək mümkün olmur (Şəkil 2.10 və Şəkil 2.11). Bunun səbəbi həmin bitkilərin toxumunun qida əhəmiyyəti kəsb etməməsi və tarix boyu toxuma görə seçilməməsidir. Ona görə belə toxumları təyin etmək çətindir və bunun üçün müxtəlif üsullardan istifadə edirlər. Anatomik üsul toxum qabığının müxtəlif quruluşuna əsaslanır. Kımyəvi yolla toxumları təyin etmək üçün onları 2 saat müddətində 10%-li Natrium-yodid (NaУ) və ya (NaOH) məhlulunda (məhlulun hər növ toxumda müəyyən rəng yaratması məqsədi ilə) saxlayırlar. Məsələn: müxtəlif növ kələm toxumlarını morfoloji-analitik üsulla, turp və turpca toxumlarını-anatomik və kimyəvi üsulla təyin edirlər. Toxumun ölçüləri yaxud iriliyi. Toxumun ölçüləri (eni, uzunu, qalınlığı) onun əsas əlamətlərindəndir. Belə ki, bu əlamətlərin köməyi ilə toxumu təmizləmək və sortlaşdırmaq mümkündür. Tərəvəz toxumlarını ölçüsünə görə aşağıdakı qruplara bölmüşdür:
• 1. Cox xırda toxumlar → 2 mm-dək;
• 2. Xırda toxumlar → 2-5 mm; • 3. Orta toxumlar → 5-8mm; • 4. İri toxumlar → 8 mm-dən artıq. |