Toxumun morfoloji əlamətləri onun keyfiyyəti ilə sıx əlaqədardır. Toxumun morfoloji əlamətlərini bilməklə, onun təmizliyini və sortlaşdırılmasını düzgün təyin etmək olar. Onu da qeyd edək ki, morfoloji əlamətlər becərilmə şəraitindən, yetişməsindən və s. asılı olaraq dəyişir.