Səpin normaları. Bir hektara səpilən toхumun miqdarına səpin norması deyilir.
Toxumun səpin norması səpinin vaxtından, məqsədindən, təsərrüfat yararlılığından, vahid kütlədə olan toxumun miqdarından və s. asılı olaraq dəyişilir (Cədvəl 2.4.). Belə ki, səpin payızda aparıldıqda norma çox, yazda aparıldıqda az, yaşıl kütlə götürmək üçün çox, toxum götürmək üçün az, vahid kütlədə toxumun miqdarı az olduqda çox, çox olduqda isə az götürülür və s.
Toxumunun I sinif təsərrüfat yararlığı, səpin norması, səpin norması təyin ediləcək toxumun təsərrüfat yararlığını nəzərə alaraq hektara səpin normasını aşağıdakı düsturla hesablanır:
burada: N-hektara səpin norması kq/ha;
𝑇1-toxumun I sinif təsərrüfat yararlığı, %;
𝑁1- toxumun I sinif üzrə səpin norması, kq/ha
TX- səpin norması təyin ediləcək toxumun təsərrüfat yararlığı, %
Kələm toxumunun I sinif təsərrüfat yararlığının 88,2%, səpin normasının 0,4 kiloqram, səpin norması təyin ediləcək toxumun təsərrüfat yararlığı 70% olduğunu nəzərə alaraq hektara səpin normasını hesablayaq:
Deməli, hesablanmış I sinif toxumlarının təsərrüfat yararlılığı, faktiki təsərrüfat yararlılığından neçə dəfə çoxdursa, bizim tapacağımız səpin norması da I sinif toxumlarının səpin normasından o qədər dəfə artıq olmalıdır.