Normal cücərmiş - toxumların cücərtiləri sağlam, kökcükləri zədələnməmiş, cücərtinin bütün strukturlarını qiymətləndirmək mümkün ola biləcəyi qədər inkişaf etmiş olmalıdırlar (Şəkil 2.9).
Bərk toxumlar - şişməmiş və xarici görünüşü dəyişməmiş toxumlardır.
Qeyri normal cücərmə - müxtəlif səbəblərdən olur. Onlardan ən çox yayılanı zədələnmədir. Xəstəliklərlə, xüsusən də kif göbələkləri ilə zədələnmiş toxumlarda cücərtilər buğumşəkilli görünüşdə olurlar, yarpaqlar bükülür. Beləliklə, cücərtilərin çatışmazlıqlarına görə toxumların korlanmasının səbəblərini təyin etmək mümkündür.
Səpinə (təsərrüfata) yararlılıq toхumun səpin keyfiyyətlərindən asılı olub aşağıdakı düsturla təyin olunur:
burada:
a-toхumun təmizliyi (%);
b-toхumun laboratoriya cücərmə qabiliyyətidir (%).
Tutaq ki, kələm toxumunun təmizliyi 90%, cücərmə qabnliyyəti isə 78%-dir. Bu toxumun təsarrüfat yararlığı həmin rəqəmlərin heç biri qədər deyil, hətta 90%-dən az olacaqdır.
Səpin keyfiyyətinə görə hər bir növün toxumu I və II sinifə ayrılır. Siniflər üzrə onların minimal hədləri isə Azərbaycan Respublikasının “Toxumçuluq haqqında qanunu” ilə müəyyən olunmuş Dovlət Standartında göstərilir. I sinif toxumlar ən yüksək səpin keyfiyyətinə malik olurlar.
Laboratoriyada hər hansı bitki toxumunun təsərrüfat yarlrlığının qiyməti müəyyən edildikdən sonra həmin qiymət dövlət standartında göstərilən I və II sinif toxumları üçün təyin edilmiş təsərrüfat yararlığının qiyməti ilə müqayisə edilərək, nümunənin təsərrüfata nə dərəcədə yararlı olduğu və ya toxumun hansı sinfə aid olduğu müəyyən edilir.