Bunu təyin etmək üçün kələmlə turpca 4-5 saat otaq temperaturunda isladılmalıdır.
Şişmiş toхumların qabığı ehmalça ayrılmalı, ləpəsi 0,1 %-li indiqokramin məhlulu ilə boyadılmalıdır. Şişmiş sağlam toхumlar və хəstə olanların isə sağlam hissələri boyanmır. Хüsusilə rüşeym canlı olmalıdır. Bəzən toхumların bir qismi canlı olur, lakin yığımdan sonra yetişməsi başa çatmadığı üçün cücərmir.
Toхumun rütubətliyi - onun tərkibində olan suyun faizlə miqdarıdır və qurutma yolu ilə müəyyən edilir. Qurutma yolu ilə toxumların nəmliyinin müəyyən edilməsi üsulu toxumun nəmliyindən və bitkinin növündən asılıdır.
Qurudulma üçün 20 qramlıq nümunə götürülür, torşəkilli bükslərə qoyulur və 105°C C temperaturda 30 dəq ərzində qurudulur. Qurudulmuş nümunələr soyudulur və çəkilir. Sonra nəm toxumun çəkisindən quru toxumun çəkisi çıxılır və faizlə ifadə edilir.
Cücərmə enerjisi - hər növ toxum üçün müəyyən edilmiş daha qısa vaxt ərzində (ilk günlərdə) cücərən toxumların faizlə ifadəsidir ki, bu, toxumun az və ya çox qida maddəsinə malik olmasını və eyni vaxtda yığcam cücərti əmələ gətirmək qabiliyyətini göstərir.
Tutaq ki, cücərmə qabilnyyəti 90% olan acıtərə toxumunun iki nümunəsində cücərmənin gedişi aşağıdakı kimidir:
Burada cücərmə enerjisi acıtərə toxumu üçün müəyyən edilmiş (standarta görə) ilk 3 gün ərzində cücərən toxumların faizindən ibarətdir.
Belə ki, I nümunədə cücərmə enerjisi 7% + 60% = 67%; II nümunədə isə 3% + 35% = 38% olacaqdır. Bu isə I nümunə toxumunun II nümunəyə nisbətən təsərrüfat üçün daha yararlı olmasını göstərir (halbuki, cücərmə qabiliyyəti hər iki nümunədə 90%-dir).
Cücərmənin gedişi müşahidə ediləcək günlərin sayı müxtəlif tərəvəz toxumları üçün müxtəlifdir: acıtərə, turp, kələm üçün 3-gün; soğan, kök, çuğundur, ispanaq üçün-5 gün; cəfəri, kərəviz, şüyüd üçün-7 gün və s.
Cücərmə enerjisi hesablandıqda hər bir təkrara görə ayrıca normal çıxmış və çürümüş toxumlar hesablanır və kənarlaşdırılır. Cücərmənin hesablanmasında isə həm cücərmiş, həm də cücərməmiş toxumlar sayılır və aşağıdakı qruplara bölünür: