Toxumlar yüksək cücərmə qabiliyyətinə, iriliyə malik olmaqla, bərabər formalı, normal rütubətli və sağlam olmalıdır.
Toxum nə qədər yaxşı keyfiyyətli olarsa, ondan inkişaf edən bitkilər də bir o qədər güclü, məhsuldarlıq isə yüksək olar. Səpin üçün ayrılan bütün toxumlar tələbata uyğun gəlməlidir. Daha doğrusu səpin üçün hazırlanan toxum təmiz olmalıdır. Yəni toxum materialında tullantı və qatışıqlar nə qədər az olarsa, toxum bir o qədər təmiz olar. Belə keyfiyyətlərə malik toxum əldə etmək üçün səpindən qabaq toxumları qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə çeşidləmək, mütləq çəkisini təyin etmək, təsərrüfat yararlılığını, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcəsini yoxlamaq lazımdır. Kondisiyaya (təlabata) uyğun olmayan toxumlardan səpin üçün istifadə edilməməlidir.
Toхumun səpin keyfiyyətləri onun səpinə yararlı olmasını göstərir və bu səpiləcək toхumun təmizliyi, cücərmə qabiliyyəti, canlılığı, cücərmə enerjisi, təsərrüfat yararlılığı, böyümə gücü, rütubəti, kütləsi, хəstəlik və zərərvericilərlə yoluхma dərəcəsi ilə müəyyən edilir. Toxumun səpin keyfiyyətini təyin etmək üçün əsas nümunədən iki orta nümunə: biri toxumların cücərmə qabiliyyətini, cücərmə enerjisini, xəstəliklərə tutulmasını, mütləq çəkisini, təmizliyini təyin etmək üçün, ikincisi isə toxumların rütubətliyini və anbar zərərvericilərinə tutulmasını təyin etmək üçün götürülür.
Toхumun təmizliyi. Təmiz və qarışıq toxumların miqdarı çəkməklə müəyyən olunur və faizlə götürülür. Təmiz toxumlara zədələnməyən və ya yüngül zədələnən toxumlar aid edilir. Toxumun təmizlik faizini təyin etmək üçün müxtəlif növlərin toxumundan standartda göstərilən miqdar orta nümunə tərəzidə çəkilərək, seçici lövhə üzərində bərabər surətdə yayılır. Sonra kiçik nümunə lövhənin diaqonalları boyu 4 bərabər üçbucağa bölünmüş 2 qarşı-qarşıya duran hissələrdən götürülr (Şəkil 2.7).
Qarşı-qarşıya duran üçbucaqlardan təmizlik faizini təyin etmək üçün kiçik nümunə götürülərək tərəzidə çəkilir və seçici lövhə üzərində aşağıdakı hissələrə ayrılır: