Bir sıra bitkilərin vegetativ hissələri yeyilir, meyvə və toxumu isə yeyilən deyil və yalnız bitkini çoxaltmaq üçün lazımdır. Kələmlər, turplar, soğanlar, kök, çuğundur, çoxilliklər belə bitkilərdəndir.
Səpin materialı dedikdə, praktikada bir qayda olaraq toxum başa düşülür. Lakin Kərəvizkimilər, Yalotukimilər (qarabaşaq), Astrakimilər, Pişikotukimilər fəsilələrinə daxil olan bitkilərin səpin materialı əslində meyvədir və daxili toxum örtüyündən, xarici örtükdən ibarətdirlər. Onların bu quru meyvəsinə elə toxum demək olar. Çünki toxum meyvənin əsas kütləsini təşkil edir.