Kök pöhrəsi ilə çoxaltına. Ana bitkinin kökləri üzərində vegetativ tumurcuqlar oyanıb zoğ - pöhrə əmələ gətirir. Hər pöhrənin ana bitkinin kökünə birləşdiyi yerdə kök yerləşir. Payızda və yazda ana bitkinin ətrafını qazıb kök pöhrələrini ana bitkidən ayırırlar (Şəkil 2.2). Kolların bölünməsi ilə çoxaltına. Adətən kök pöhrəsi əmələ gətirən bitkiləri kolların bölünməsi yolu ilə də çoxaldırlar (Şəkil 2.3). Sahədə aqrotexniki tədbirlərin yüksək səviyyədə tətbiqi nəticəsində ana bitki külli miqdarda kök pöhrəsi əmələ gətirib kollanır. Payızda və ya yazda bitkini torpaqdan qazıb çıxarırlar. Çıxarılmış bitkini silkələyərək onun köklərini torpaqdan təmizləyirlər. Sonra pöhrəni ana bitkidən ehtiyatla ayırırlar. Nəticədə bir ana bitkidən özünəməxsus kökü və yerüstü hissəsi olan çoxlu bitkilər ayrılmış olur. Generativ artırmada 2 becərmə üsulu tətbiq edilir:
Toxum bitkinin çoxalma orqanıdır. Tərəvəz bitkilərinin daxil olduğu örtülü toxumlu bitkilərdə toxum çiçəyin yumurtalığında toxum tumurcuğunun (yumurtacığın) mayalanması nəticəsində əmələ gəlir. Yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin meyvələri tiplərinə görə aşağdakı kimi qruplaşır (Şəkil 2.6): |