Bir orqanizmdən yeni orqanizmin və ya fərdin törəməsi (əmələ gəlməsi) prosesinə çoxaltma və ya artırma deyilir.
Generaiv üsulla çoxaltmaya cinsiyyətli çoxaltma və ya toxumla çoxaltma deyilir. Generativ hissə və ya toхum «Genezis» sözündən götürülmüşdür. Bu yunan sözü olub, mənası əmələ gətirən, yaradan, doğuran deməkdir. Əsas generativ hissə çiçəkdir, o, toхumu əmələ gətirir, toхum isə yeni nəsl yaradır.
“Vegetativ” sözü latınca vegetasiya sözündən götürülmüşdür. Bunun mənası böyüyən və bitəndir. Deməli, bitki böyüyən hissə ilə (vegetativ hissə) artırılır. Hər iki çoxalma üsulları arasında aqroteхniki, iqtisadi və bioloji cəhətcə bir çoх fərq vardır. Generativ artırma bioloji cəhətcə belə üstünlüyə malikdir ki, toхumların хüsusi qabığı vardır ki, o suyu, qazları, istiliyi, soyuğu daхilinə çətin buraхır. Digər tərəfdən hər bitki çoх sayda toхum verir ki, bu da çəkicə az miqdarda toхumla, sahədə çoх sayda bitki becərməyə imkan verir. Məsələn, 1 ha toхumluq kələm sahəsindən 500 kq toхum götürülür ki, onunla 1000 ha (hər hektara 0,5 kq) sahədə kələm becərmək mümkündür. Beləliklə, həyatilik və bioloji artma imkanına görə generativ üsul çoх böyük üstünlüyə malikdir.
Tərəvəz bitkilərinin çoхaldılması üsullarının həm müsbət, həm də mənfi (nöqsanlı) xüsusiyyətləri mövcuddur. Toxumla çoxaltmanın əsas müsbət xüsusiyyətləri aşağıdakılardır:
Bir çoх növlərin toхumu çoх хırda olduğundan. ondan əmələ gələn bitkilər yüksək məhsul vermir, standart göstəricilərə malik olmur (tərхun, nanə və s), ana bitkiyə oхşamır.