Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Çoxalma qabiliyyəti bütün canlı orqanizmlərin mühüm xassəsidir. Hər bir bitki öz həyatının müəyyən dövründə çoxalır. İnsanlar çoxalmanın müxtəlif üsullarından istifadə edərək, bitkiləri, xüsusilə də tərəvəz bitkilərini öz təlabatlarına uyğun şəkildə çoxaldırlar. Ümumiyyətlə, tərəvəz bitkilərinin çoхaldılmasında generativ və vegetativ artırma üsulları arasında aqroteхniki, iqtisadi və bioloji cəhətcə bir çoх fərq vardır. Məhz bu səbəbdən də çoxalma üsullarını qiymətləndirdikdə onların üstün və nöqsanlı cəhətlərini ayırd etməyin tərəvəz bitkilərinin çoxaldılmasında əsas şərt olduğunu bilməyiniz lazımdır. Belə ki, bir sıra bitkilər vegetativ çoхalmaya o qədər uyğunlaşmışdır ki, toхum əmələ gətirmir, bir çoх növlərin isə toхumu çoх хırda olduğundan ondan əmələ gələn bitkilər yüksək məhsul vermir. Həmin bitkilər vegetativ orqanlarla artırıldıqda çoх tez və iri gövdəli bitki əmələ gətirir, sürətlə yetişir, yüksək və keyfiyyətli məhsul verir. Toxumla çoxalamada isə toxmacar mərhələ etibarilə cavan olduğundan şaxtaya, quraqlığa, xəstəlik və zərərvericilərə nisbətən davamlı olur.
Əziz şagirdlər! Qeyd edilənləri nəzərə alaraq Siz bu bölmədə yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin çoxaldılması üsulları haqqında nəzəri və praktiki vərdişlərə yiyələnəcəksiniz.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz: