Praktik tapşırıq 1.1-in icrası üçün tələb olunan aşağıdakı cədvəldə verilən bacarıqlardan
hansına sahib
olduğunuzu “Bəli”, sahib olmadığınızı “Xeyr” ilə işarə edin.
Qiymətləndirmə ölçüsü:
- Tapşırığı yerinə yetirmək üçün lazım olan bitkini əldə etdinizmi?
- Tədarük edilən bitkilərin növünü müəyyənləşdirdinizmi?
- Təsərrüfat nişanələrinə və ya yeyilən hissələrinə görə qruplaşdırdınızmı?
- Götürdüyünüz bitki növünün hansı fəsilənin nümayəndəsi olduğunu müəyyən edinizmi?
- Vegetativ və generativ orqanların ayrı-ayrılıqda formalarını (mövcud standartlara
əsasən) müəyyən edərək təsvir etdinizmi?
|
|
|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Dünya miqyasında yabanı və mədəni tərəvəz bitkilərinin 1200-dən çox
növü vardır.
Sual 2. Ömürlərində 1 dəfə toxum verən bitkilərə polikarp bitkilər deyilir.
Sual 3. Səbzə bitkilər çox tez yetişəndirlər.
Sual 4. Keşniş çoxillik tərəvəz bitkisidir.
Sual 5. Ispanaq ətirli tərəvəz bitkisidir.
|
|
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Təzə halda yarpaq məhsulu verən və tezyetişən birillik tərəvəz bitkilərinə
................. tərəvəzlər deyilir.
Sual 7. Kökümeyvəlilər ........... mənşəli olmaqla ................. davamlıdırlar.