Müxtəlif növ yarpaqlı (və ya kökümeyvəli) tərəvəz bitkilərinin
bioloji-təsərrüfat
xususiyyətləri və morfoloji nişanələri ilə tanış olun. Götürdüyünüz tərəvəzi bioloji-təsərrüfat
xüsusiyyətlərinə görə qruplaşdırın və botaniki təsvirini verin.
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Yarpaqlı və ya kökümeyvəli tərəvəz növlərinin seçilməsi
|
- Müxtəlif növ yarpaqlı (və ya kökümeyvəli) tərəvəz bitkiləri tədarük edin.
- Tədarük edilən bitkilərin növünü müəyyənləşdirin.
- Müəyyənləşdirdiyiniz tərəvəz növlərindən bir nümayəndə götürün.
|
- Tərəvəz növünün bioloji- təsərrüfat və aqrotexniki xüsusiyyətlərinə görə
qruplaşdırılması
|
- Götürdüyünüz tərəvəzi ömrünün uzunluğuna və inkişaf xarakterinə görə;
- Təsərrüfat nişanələrinə və ya yeyilən hissələrinə görə qruplaşdırın.
- Tətbiq edilən aqrotexnikanı asanlaşdırmaq üçün hansı aqrotexniki qrupa aid olduğunu
müəyyən edin.
|
- Tərəvəzin botaniki təsnifatı
|
- Götürdüyünüz bitki növünün hansı fəsilənin nümayəndəsi olduğunu müəyyən edin.
- Fəsiləni müəyyən etdikdən sonra öyrəndiyiniz tərəvəzin hansı cinsə və növə aid olduğunu
tapın.
|