Uzun utah - kərəviz sortunun vegetasiya müddəti 160-180 gündür. Xoş ətrə malikdir. Respublikanın tərəvəz becərilən bölgələri üzrə qeydiyyata alınmışdır. Seltop F1 - iri tünd yaşıl yarpaqlı, yüksək məhsuldar və stresə davamlıdır. Əmtəəlik məhsul çıxışı yüksəkdir. Koriandr Marino - yarpaqlarının kənarı dərin iri yarılmış diş-diş olan, nazik gövdəli sortdur. Özəkləməyə və yüksək temperatura davamlıdır. |
Şəkil 1.76. Kərəviz bitkisinin çiçəyi
|
|
Kələmkimilər fəsiləsinə (Brassicaceae Burnett.) aid olan kökümeyvəli turp və rus turpu tünd, acıtəhər-şirin dada malik olmaqla, əsasən salatların hazırlanmasında istifadə olunur. Tərkibindəki 0,03-0,05% efir yağı ona xüsusi dad verir. Eyni zamanda tərkibində 7%-ə qədər karbohidrat, o cümlədən 6,2%-ə qədər şəkər, 2%-ə qədər zülal, 29 mq% C vitamini, fosfor, dəmir və kükürd duzları vardır.
Botaniki təsviri və sort seçmə meyyarları. Turp və rus turpunun çiçəkləri 4 kasa yarpağına, 4 ləçəyə, 6 erkəkciyə (2 qısa, 4 uzun) 1 dişiciyə malikdir. Bu bitkilər çarpaz tozlanır. Onların meyvəsi qın və ya buynuzcuqdur. Buynuzmeyvələr paxlameyvələrə oxşayır. Lakin, onlardan fərqli olaraq buynuzmeyvələrdə toxumlar qının taycıqlarında deyil, onların arasında uzanan nazik arakəsmənin üzərində yerləşir. Rus turpunda qınlar kələmdəki kimi iki tayla açılır və toxumlar arakəsmədə yerləşir. Turp və turpcada isə onlar qının dimdik һissəsində yerləşir və buynuzcuqlar açılmır, yalnız döyüldükdə parçalanır. Rus turpu və turpcanın toxıımu açiq-qəhvəyi, qırmızımtıl olmaqla kələm toxumundan çox iridir. Rus turpunun toxumu isə çox xırdadır.