|
Cəfəri Azərbaycan mətbəxində geniş istifadə olunan və xalq arasında petruşka (rus dili) kimi də tanınan göyərtidir.
Cəfəri kökü və yarpağı yeyilən növlərə ayrılır (Şəkil 1.69). Köküyeyilən sortlar daha çoxdur. Ona görə də kökümeyvəlilər qrupuna daxil edilir. Yarpaq cəfəri kökmeyvə əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq% C vitamini vardır. Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu qədərdir.Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, həmçinin B1 və B2 vitaminləri vardır. Cəfəri toxumunda 2,7%, kökündə 0,05%, yarpağında isə 0,3% efir yağı vardır.