|
Çuğundur çox qiymətli kənd təsərrüfat bitkisidir. Onun kökmeyvələri vitaminlərlə və bir sıra faydalı maddələrlə zəngindir. Xörək çuğundurunun tərkibində şəkər, mineral maddələr və vitaminlər digər yarımnövlərə nisbətən çoxdur. Belə ki, 3,0-12,0% şəkər, 0,5-3,6% azotlu maddə vardır ki, bunlardan zülalın payına orta hesabla 1,5% düşür. Quru maddənin ümumi miqdarı 15-20%-dir. Yarpaqlarında çoxlu miqdarda rəngləyici boyaq maddələri, 106 mq % C vitamini, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən edilmişdir. Çuğundurun kökmeyvəsi isə C, B vitaminləri ilə, xüsusən karotinlə daha zəngindir. Ona görə də çuğundurun kök-lərindən polivitamin konsentratı hazırlayıb istifadə etmək faydalıdır. Həmçinin, xalq təbabətində çuğunduru işlətmə, sidikqovucu, iltihaba qarşı, ağrıkəsici və sinqa xəstəliyində istifadə edirlər.
Kökümeyvəli çuğundur bitkisi yarpaqlı çuğundurdan seçmə yolu ilə alınmışdır. Çox ehtimal olunur ki, o da ilk dəfə yarpaq çuğunduru aşkar olunan yerdə, Ön Asiyada yaranmışdır.
Çuğundurun yabanı halda 12 növü vardır ki, onlardan yalnız adi çuğundur (Beta vulgaris L) mədəni halda becərilir. Seleksiya seçmələri yolu ilə həmin növə daxil olan 4 növmüxtəlifliyi alınmışdır: