ikillik bitki kimi becərilir. Çiçək qrupu orta və iri, çox şüalı, yastı çətirlidir, çətirin diametri 5-20 sm arasında olur, əsasən 8-10 sm, çətirin şüalarının yoğunluğu 1-2,5 mm, uzunluğu 3-15 sm-dir, dəyanətlidir, boruşəkillidir, çox ətirlidir. Xırda, sarı rəngli çiçəkləri gövdəsinin təpəsində çətir formasında yerləşir. Ləçəkləri və erkəkciyi 5 ədəddir. Dişiciyi qabırğalı olmaqla, iki yuvalı aşağı yumurtalığı vardır. Meyvəsi uzunsov silindir formalı, iki toxumludur. 14 mm-ə qədər uzunluqda olur. Yetişmə zamanı toxumlar iki yarımmeyvəyə ayrılır (Şəkil 1.58). Bozumtul-yaşıl rəngli, şirintəhər, xoşagələn güclü ətirli, cirə ətrini andırandır. Hər yarımmeyvədə 5 bərabər irəli çıxan qabırğa və onların arasında yağ kanalcıqları vardır. Tərkibində efir yağı 4-6 %-dir.