Yalançı gövdənin uzunluğuna görə çoх qısa (5 sm-dək), qısa (6-10 sm), orta(11-25 sm), uzun (26-50 sm), çoх uzun (50 sm-dən çoх), yoğunluğuna görə çoх nazik (1 sm və daһa az), nazik (1,1-2 sm), orta (2,1-3 sm), yoğun (3,1-4 sm), çoх yoğun (4 sm) olur.
Bioloji xüsusiyyətləri. Kəvər sortları aşağı hissəsinin (yalançı gövdəsinin) uzunluğu, yoğunluğu və yarpağın eninə görə iki qrupa bölünür:
|
|
|
Sort və hibridləri. Azərbaycanda və Kiçik Asiyada becərilən xırda yerli kəvər forması vardır ki, bunun yalançı gövdəsi yox, zərif yarpaqları istifadə edilir. Bu məqsəd üçün tеz-tеz yarpaqları biçilir. Yerli Gəncə kəvər sortu qeyd edilən xüsusiyyətlərə malikdir (Şəkil 1.56). Belə ki, onun zərif yarpaqlarından
Bundan başqa kəvərin yerli şəraitdə bitən Zəngilan kəvərindən yeni Zəngilan -1 sortu ahnmışdır. Özünün müsbət cəhətlərinə görə digər kəvər sortlarından fərqlənir. Bitkinin hündürlüyü 30-60 sm, dadı yarımacıdır. Bir bitkinin əmələ gəlməsindən yarpaqlarının yığılmasına kimi 60-65 gün, tam yetişməsi və yalançı gövdənin formalaşması üçün 150-200 gün tələb olunur. Zəngilan kəvəri yerli şəraitə asan uyğunlaşan, yüksək məhsul verən və zərif olmaqla xoş ətirli kəvər növüdür. Professor Ş.A.Əliyvin müşahidələri göstərir ki, bu kəvər ikinci ildən başlayaraq toxumlayır və çoxillik bitki (8-10 il) kimi eyni yerdə hər il yaşıl kütlə və toxum verir. Ona görə çox perspektivlidir.
Aliqarx və Jiraf kəvər sortları da geniş istifadə edilir.