Nanənin yabanı növünə (yarpız) Zaqafqaziyada rast gəlinir. O, əsasən mülayim iqlimli bölgələrdə yayılmışdır. Botaniki təsviri və sort seçmə meyyarları. Nanənin təsvirini ilk dəfə 1753-cü ildə Karll Linney vermişdir. Yerüstü gövdəsi düz duran, az budaqlanan olmaqla hündürlüyü 30-90 sm-ə çatır. Yarpaqları saplaqlı, ayası yumurtavarı-lanset formalı olmaqla uzunluğu 4-9 sm, eni isə 1,5-4 sm-dir (Şəkil 1.48). Yarpaq ayasının rəngi tünd yaşıl, yaşıl, damarlarının rəngi isə qırmızımtıldır. Gövdə və budaqcıqların uclarında sünbülvarı çiçək qrupu əmələ gətirir. Çiçəkləri çəhrayı və yasəməni rəngli olur (Şəkil 1.49). Toxumları xırda və qəhvəyi rənglidir, cücərmə qabiliyyətini 3 ilə kimi saxlayır. Nanə bir evli, çiçəkləri iki cinsli, öz-özünü tozlandırandır. Kökümsov gövdələrindən yerüstü gövdələr əmələ gətirir (Şəkil 1.50). Toxumla artırıldıqda sorta məxsus bitkilər vermir. Odur ki, vegetativ yolla-kökümsov gövdələrlə artırılması məslə-hətdir. Bioloji xüsusiyyətləri. Nanə soyuğa davamlı bitkidir. Onun kökümsov gövdələri qar örtüyü az olan sahələrdə- 200, qar örtüyü çox (18-20 sm) olan sahədə isə-25-300-yə dözə bilir. Vegetasiyanı 5-100 istilik şəraitində davam etdirir, 15-200C temperatur şəraitində daha yaxşı zərif gövdə və yarpaqlar əmələ gətirir. 200-dən yuxarı temperaturda bitkiləri kobudlaşır, acılıq artır və çiçəkləməyə meyl edir. İşıq intensivliyinə orta dərəcədə, torpaq rütubətliyinə və münbitliyinə tələbkar bitkidir. Sort və hibridləri. Nanənin sortları azdır. Bunların bir qismi xalq tərəfindən yaradılıb becərilir, bəziləri isə seleksiya nəticəsində yaradılmışdır. Tərkibində mentolu yüksək olan nanə sortlarına Spirmint, Vorojeya, Maxito, Prilüks-5 və s. daxildir (Şəkil 1.51). |
Şəkil 1.48. Nanə bitkisinin yarpaqları
|