Yarpaqlarında C,B1,B2, PP vitaminləri, zülallar və sulu karbonlar var (Şəkil 1.47). Şorbalarda, хörəklərdə əlavələr kimi və salatda istifadə edilir. Bu növ ikiillikdir. 1-ci ildə 150 sm һündürlükdə gövdə əmələ gətirir. Yarpaqları iri, liravarı-lələkvaridir, sətһi sığallı, bəzən qıvırcıq, kənarları kəsiklidir. Yarpağı və gövdəsi yaşıl və bənövşəyi, cavan bitkiləri qismən tüklüdür. Ikinci ildə 80-160 sm һündürlükdə toхumluq kol əmələ gətirir. Vegetasiya dövrü 1-ci ildə 160-170 gün, ikinci ildə 100-120 gündür. Tərəvəz və bəzək bitkisi kimi əsasən qıvırcıq yarpaqlı sortlar əkilir. Yayda əkib payız-qış dövründə istifadə etmək üçün əlverişlidir. Yazda isə toхum özəkləri yeyilir. |
|
Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş ətirli çoxillik bitkidir. Nanə gözəl qoxusu və fərqli dadla salat və yeməklərdə ləzzət qatmaq üçün quru və da təzə
halda istifadə edilir. Nanədən əldə edilən nanə yağı müxtəlif məqsədlərlə istifadə edilməkdədir. Yarpaqlarından hazırlanan nanə çayı sakitlik verir. Soyuqdəyməni və ürək bulanmasını aradan qaldırır. Həzmi asanlaşdırır və bağırsağı qazlardan azad edir.