Pandion F1 - iri yarpaq ölçüsünə malikdir, çəkisi 0.8-1.5 kq qədər, vegetasiya dövrü 110-115 gündür.
Centurion F1 - iri yarpaq ölçüsünə malikdir, çəkisi 3-3.5 kq, vegetasiya dövrü 110-115 gündür.
Albatros - hibridi bərk başlara malikdir, çəkisi 2.3-2.6 kq qədər olur. Vegetasiya dövrü 120-142 gündür.
Slavyana F1 - tezyetişəndir, vegetasiya dövrü 60 gün, çəkisi 1.5-2 kq qədər olur.
Geant F1 - orta gecyetişəndir. Vegetasiya müddəti 110-120 gün, çəkisi 4.0-6.0 kq, tünd yaşil rəngli, yumru formalıdır. Daşınmaya davamlıdır.
Brigadier F1 - orta gecyetişəndir. Vegetasiya müddəti 110-120 gün, çəkisi 3.0-5.0 kq, açıq yaşil rəngli olmaqla, görünüşün itirmədən 4-6 ay saxlamaq olur. Daşınmaya davamlıdır.
1.3.2.2. Qırmızıbaş kələm- Brassica oleracea L. convar.capitata (L.) Alef. var. rubra DC. Yarpaqları bənövşəyi-qırmızıdan tünd qırmızı rəngə qədər olur (Şəkil 1.43). Ağbaş kələmə nisbətən bunlar kiçik, habelə az məhsuldar, lakin soyuğa davamlıdır. Yazlıqdır. Bütün хüsusiyyətləri və becərilməsi ağbaş kələm də olduğu kimidir. Payız-qış vaxtı yaxşı saxlanılır. Qırmızıbaş kələmin tərkibində 4,7% şəkər, 1,8% zülali maddə, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,8% mineral maddə və 60 mq% C vitamini vardır. Həm təzə halda, həm də sirkəyə qoyulmuşu istifadə edilir Sort və hibridləri. Qırmızıbaş kələmin Zenit, Qako, Mars MS, Rubin MS, Topas, Kamennaya qolovka 447, Red Charisma F1, Primere F 1 kimi sort və hibridləri vardır. Red Charisma F1 - açıq sahə üçündür, vegetasiya müddəti 100-110 gündür. Meyvəsi 1-2.5 kq, oval şəkilli, içərisi və çölü qırmızı rəngdədir. Respublikanın tərəvəz becərilən bölgələri üzrə qeydiyyata alınmışdır. |