Cerri-bell turpca sortu - yazdan yaya kimi açıq torpaqda yetişdirilmə üçün yararlıdır (Şəkil 1.33). Xəstəliklərə davamlıdır. Kütləvi cücərəndən 25-35 gün sonra yığılır. Təzə istifadə üçün yararlıdır. Xırtıldayan ağ lətli, hamar və ləziz dadı var. Respublikanın tərəvəz becərilən bölgələri üzrə qeydiyyata alınmışdır. Çeri turp sortu - tezyetişən Hollandiya mənşəli sortdur. Çıxışdan 16-18 gün sonra yığmaq olur. Ölçüsu 3-4 sm, çəkisi 25-40q olur. Soyuducuda 1 ay saxlamaq olur. Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyataalınmışdır. Kelesta F1 - tezyetişən, çox məhsuldar, çox plastik hibriddir. Kökümeyvələri parlaq, açıq qırmızı içərisi qar kimi ağdır, qabalaşmır və boşluq yaratmır. Daşınmadan və yumadan sonra uzun müddət rəngini və parlaqlığını itirmir. Çatlamağa və özəkləməyə qarşı davamlıdır. Həm dəstə ilə həm də çəki ilə realizasiya üçün uyğundur. Stresə davamlılığı çox yüksəkdir, qışda qapalı sahədə, yayda isə açıq sahədə becərilə bilər. Peronosporoza qarşı sahə davamlılığı var (Şəkil 1.34). Tarzan F1 - sentyadan marta qədər becərilən orta tezyetişən (təxmini 30-35 gün), irimeyəli qırmızı turp hibrididir. Meyvəkökləri çox oxşar, böyük və gözəl daxili struktura malik, açıq qırmızı, az acı lətli, diametri 5-7 sm olur. Yazda və payızda isidilan və isidilməyən istixanalarda, tunellərdə və açıq sahədə becərilmək üçündür. Jolli F1 - açıq və örtülü sahə üçündür. Bitkinin yaşaması ücün 20 dərəcədən artıq istilik lazımdır. Ölçüsu 3-5 sm, çəkisi 25-35q olur. Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır. |