Botaniki təsviri və sort seçmə meyyarları. Turpcanın sortları turpun sortlarından birillik və kökmeyvəsinin xırda olması ilə fərqlənir. Bundan əlavə turpca sortlarında yarpağın əsas dilimi baş hissədə çox iri olur və yarpaq ayasının əsas һissəsini təşkil edir. Yan dilimlər sayca az və xırda olur (Şəkil 1.29). Onların kökmeyvəsi ağ, çəһrayı-qırmızı, ucu ağ, qırmızı ucu ağ, qırmızı, çəһrayı, bənövşəyi və s., forması isə yumru, yastı, ovalvarı, iyvarı, silindrik və s. ola bilər. Çiçəklərinin ləçəkləri qarşı-qarşıya yerləşməklə xaç formasını xatırladır (Şəkil 1.30). Bu nişanələrə görə turpca turpdan seçilmir. Turpca sortları bir çox yarım növlər və sort qruplarında birləşir. Turpca ölçüsünə görə kiçik (4sm-dən az), orta (5-10 sm), uzun (11-20 sm), çox uzun (20 sm-dən çox)olmaqla 4 qrupa bölünür. Diametrinə görə də 4 sm-dək- kiçik, 5-10 sm-dək- orta, 10 sm-dən böyük isə enli hesab edilir. Turpcanın ləti ağ, ağ-cəhrayı və cəhrayı rəngli olur (Şəkil 1.31). Sort və hibridləri. Tezyetişən yumru kökümeyvəli turpca sortlarından Ağ uclu çəhrayı qırmızı, Rubin, Cherri-bell, Çeri, Jolli F1 qeyd etmək lazımdır. Uzun kökümeyvəli sortlardan Krasnı velikan, Moskovski parnikovı, Kitayski 1, Kitayski 2 və s. sortlar daһa yüksək məһsuldar və gecyetişən olmaqla turpa yaxınlaşırlar. Ağ uclu çəhrayı qırmızı (Rozovo-krasnıy s belım konçikom) - Azərbaycanda ən çox yayılmış və rayonlaşmış sortdur (Şəkil 1.32). Ümumittifaq Tərəvəz Bitkiləri Seleksiya və Toxumçuluğu Institutunda və Biryuçekut Tərəvəz Təcrübə-Seleksiya Stansiyasında seç-mələr yolu ilə alınmışdır. |
Yarpaq ayası dağınıq, һündürlüyü 8-16 sm, diametri 19-25 sm-dir. Yarpağın sayı 5-8-dir. Yarpaq kütləsi bitkinin ümumi kütləsinin 40-49%-ni təşkil edir. Yarpağı boz-yaşıl, lirəvarı, 2-4 oval şaxəyə ayrılandır. Kökümeyvəsi çəһrayı-qırmızı, ucu ağdır. Ellipsvarı, uzunluğu 3,5-5,0 sm, diametri 2,5-4,0 sm, indeksi 1,2-1,4-dür. Sətһi sığallıdır. Lətin rəngi ağ, ağ-çəһrayı, parlaq, sıx, şirəli, şirin, zəif acı dada malikdir. Orta yetişəndir, kütləvi cücərmədən texniki yetişməyə qədər 23-30 gün keçir. Kütləsi 14-25 qramdır. Tərkibində C vitamini 25-38 mq%-dir.