Toxumları ovalvarı, kərpici qırmızı, xırda, mütləq çəkisi 2-3 qramdır. Cücərmə qabiliyyətini 2-3
il saxlayır, çox tez cücərir (2-5 gün).
Bioloji xüsusiyyətləri. Uzungünlü, soyuğadavamlı birillik səbzə tərəvəz bitkisidir. Bitkiləri qar örtüyü olan yerlərdə -15°, hətta -20° S tempraturda məhv olmur. İşıq intеnsiv və gün uzun оlduqda daһa tеz özəkləyir və çiçəkləyir. Çох tеzyеtişəndir. Toxumları səpiləndən 2-3 gün sonra cücərir və cücərtilərdən 15-20 gün sonra yarpaqlarından qida kimi istifadə dilir. Olduqca tez çiçək zoğu verib çiçəkləməsinə baxmayaraq dad və qidalılıq keyfiyyətini uzun müddət saxlaya bilir. |
Rütubətə tələbkardır. Havanın və torpağın rütubəti 60-80% olmalıdır. Az olduqda yeyilən hissələr kobudlaşır, acılaşır, məhsuldarlıq kəskin aşağı düşür. Isti və quraq dövrlərdə tеz-tеz az su nоrmaları ilə suvarılır.
Yüngül gillicə, qumsal, münbit və çox çürüntülü, torpaq məhlulu neytral olan torpaqlarda daha yüksək və keyfiyyətli məhsul verir.
1.3.1.8. Turpca - Raphanus sativus L. Subsp.radicola Dc..
|
Turpca birillik və çox tez yetişəndir. Cücərmədən 25 - 45 gün keçənədək yeməli olur və 10-100 q kütləsi olan kökümeyvə əmələ gətirir. Turp və turpcanın toxıımu açiq-qəhvəyi, qırmızımtıl olub kələm toxumundan çox iridir.