Sort və hibridləri. FioretF1, AfikionF1, Karmesi F1, Maksimus F1 ortayetişən hibridlərdir. Yarpaq kahı sortlarından respublikamızda Krupnokoçannıy (tezyetişən) sortu rayonlaşmışdır (ÜİETT Bitkilərinin Seleksiya və Toxumçuluq İnstitutu) (Şəkil 1.26). Həmçinin son zamanlareEGend rapids, Lancelot, Kismay, Kapira, və s. sortları da geniş miqyasda becərilir.
Cartagenas - hibridi örtülü və açıq sahə üçündür. İstiliyə və quraqlığa davamlıdır. Yaşıl böyük yarpaqlı və iri başlıqlıdır. Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.
Ozili - hibridi örtülü və açıq sahə üçündür. Güclü kök sisteminə malikdir. İqlim şəraitinə tez uyğunlaşır. İstiliyə və quraqlığa, xəstəliyə davamlıdır. Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.
Krunçita - hibridi örtülü və açıq sahə üçündür. Süfrə və emal üçün yararlıdır. Görünüşü oval şəkilli və bükülüdür. Xəstəliyə yüksək səviyyədə davamlılıq göstərir. Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.
Gend rapids - yarpaq kahının populyar sortudur. Yarpaqları açıq yaşıl olmaqla, kələ-kötürdür. Boş yarımbaşı tez əmələ gətirir.
Lanselot - iri, ağır çətiri tez formalaşdırır. Yarpaqları sıx, dalğalı, tünd yaşıldır. Erkən yaz, payız və qış istehsalı üçündür. Çox gözəl əmtəəlik görünüşü var. Becərmə zamanı aşağı temperatura dözümlüdür.
Kismey - yaz, payız və qışda becərilən, həcmli çətiri olan tezyetişən sortdur. Yarpaq sıx və dalğalıdır. İşıq çatışmazlığı və aşağı temperaturda böyümə sürətini saxlayır. Yarpaqların kənar yanıqlığına davamlıdır.
Kapira - yaşıl kahının yaz, payız və qışda becərilən, yüksək əmtəəlik məhsul verən sortdur. Tez çəki yığır və yayda normadan artıq uzanmır. Zəif qabarcııqlı yarpaqları var. Kənar yarpaq yanıqlığına və özəkləməyə çox davamlıdır.
Estoni - ağır, kənarı dalğalı olan iri rozet yarpaq qrupu olmaqla, əla əmtəəlik görünüşü var. Yarpaqların kənar yanıqlığına və saplaqlanmağa davamlıdır. Gec yazda, yayda və erkən payızda becərmək üçündür.
Noset - açıq yaşıl dalğalı olan iri rozet yarpaqları var. Yazda kiçik baş əmələ gətirir. Yazda və payızda becərmək üçündür.