Marian - orta ölçülü, tünd yaşıl yarpaqlı reyhandır. Yarpaqların kənar yanıqlığına qarşı davamlıdır. Aşağı temperatura davamlı olması əlverişsiz şəraitlərdə və daşınmada keyfiyyətini saxlamağı təmin edir. Edvina - ilboyu becərilən, məhsuldar, tez böyüyən sortdur. Zəif işıqlanma şəraitində becərildikdə yüksək nəticələr göstəir. (Şəkil 1.21). Emili - qısa buğumları olan yığcam sortdur. İntensiv ətri olan yarpaqları uzunsov, tünd yaşıl, orta ölçüdədir. Süni işıqlanmanın köməyilə becərildikdə yüksək nəticə göstərir. Cəlbedici əmtəəlik görünüşünü uzun müddət saxlayır. İlboyu becərmək üçün tövsiyə edilir. Limona - nəzərə çarpan limon ətirli reyhandır. Nazik, sığallı yarpağı oval formasındadır (Şəkil 1.22). Tez böyüyür. Gəncə reyhanı - bu sort Gəncə əhalisi tərəfindən yaradılmışdır. Bitki yığcam kollu olub, hündürlüyü 25-30 sm, yarpağı və gövdəsi açıq-yaşıl, görkəmi хоşagələndir. Cücərmədən 25-30 gün sоnra istifadəyə başlanır, 35-50 gün sоnra çiçəkləyir (çiçəkləri ağdır), 60-70 gün sоnra tохumu yеtişir. Vegetasiya müddətində 10-15 dəfə biçmək olur. Hər biçimdən 7-25 sentner məhsul götürmək olur. |