|
Reyhan xoş ətirli səbzə tərəvəzdir. Onun yarpaqları və körpə zoğları C vitamini, A provitaminı, rutin, mineral duzlarla və evqanol adlı efir yağı ilə zəngindir. Tərkibində 12% şəkər var. Bu hissələr təzə halda salata, qurudulmuş halda isə, isti xörəklərə qatılır, ən çox ət və balıq xörəklərində işlədilir. Bundan başqa marinad və duza qoymada, pomidor şirəsinə ətir vermək, habelə kampot hazırlamaq üçün istifadə edilir. Reyhandan efir yağı alırlar. Yarpaqlarda 0,02-0,08% efir yağı var. Reyhan kol, budaq halında və xırda doğranmış halda asan qurudulur və yaxşı saxlanır. Ona görə qış zamanı ondan istifadə etmək olur. Gəncədə reyhan toxumu, limon və şəkərdən baləng adlı gözəl, ətirli şərbət hazırlanır.
Tibdə reyhan mədə dərmanı kimi, boğazı qarqara və kompres etmək üçün istifadə edilir.
Reyhanın vətəni Ön Asiya, xüsusən İrandır. Reyhan adı İran (Rey) məmləkətinin adından götürülmüş və bir çox ölkələrə (Azərbaycan, Orta Asiya) bu adla yayılmışdır. Azərbaycanda, xüsusən Abşeron kəndlərində reyhan ətirli tərəvəz bitkisi kimi çoxdan bəri geniş miqyasda becərilir. Həmçinin rеyһan da tərхun kimi çох sеvilən, хüsusi qiymətə malik оlan ətirli tərəvəz sayılır, lakin, dеmək оlar ki, təkcə fərdi təsərrüfatlarda istеһsal еdilir.
Təsnifatı. Dalamazkimilər (Lamiaceae) fəsiləsinin reyhan (Ocimum) cinsi özündə 150-yə qədər növü birləşdirir. Efir yağlı bitki kimi isə təkcə bir növü adi reyhan (O. gratissimum L) becərilir. Bu bitkinin bir-birindən fərqlənən bir neçə növ müxtəlifliyi vardır. Onlardan aşağıdakıları göstərmək olar: Onlardan ən geniş yayılanı limonu (ətrinə görə), bənövşəyi, şabalıdı, ətirli və adi reyhan növləridir. Mədəni reyhanın 4 növmüxtəlifliyi var: