Xarkovskiy 85 (Ukrayna ET Tərəvəzçilik və Bostançılıq institutu) - vegetasiya müddəti - kütləvi çüçərmədən gövdə əmələ gətirmənin başlanğıcınadək 40-45 gün, toxumun yetişməsinədək isə 100-105 gün arasında dəyişir.
Yarpaq qrupu iri və dağınıq, rəngi azacıq göyümtül-yaşıldır. Mum təbəqəsi zəifdir. Gövdəsi hündur, cətiri qabarıq (diametri 12-15 sm) olub, orta sayda şüaya malikdir. Oval formada olan toxumları bozumtul-qonur rənglidir.
Qoldkron - isti şəraitə davamlı və yüksək məhsuldarlıq potensialı olan tetraploid sortdur. Yarpaqları ensiz, çoxqat, lələkvarı şaxələnən, tünd yaşıl rəngli olub,səthi orta dərəcədə mum örtüklüdür. (Şəkil 1.16). Qrinslives - yarpaq qrupu tünd yaşıl olmaqla, adi sortlarla müqayisədə böyük yarpaq kütləsi əmələ gətirir və saplaqlamağa davamlıdır. İlboyu becərmək üçün tövsiyyə edilir. Ella - dibçəkdə becərilən, tünd yaşıl yeni şüyüd sortudur. Qısa buğumaraları olan yığcam və tez böyüyən bitkidir. İlboyu becərmək üçün tövsiyyə edilir.
1.3.1.3. İspanaq - Spinacia oleracia L
|
İspanaq qiymətli və geniş istifadə edilən səbzə tərəvəz bitkisidir. Sort və becərildiyi şəraitdən asılı olaraq onun tərkibində 9-11% quru maddə, o cumlədən 2,5-3% şəkər vardır. İspanaqda orqanizm üçün vacib olan zülal, C vitamini (47 mq%), karotin (4,9 mq%), bir qədər PP, B2, B6, B1 vitaminləri və pantoten turşusu, kalium, kalsium, natrium, maqnezium, fosfor, dəmir duzları vardır.