Çiçək qrupu mürəkkəb, çox şüalı çətir olub 9-56 xırda çətirciklərdən təşkil olunur. Mərkəzi çətirin diametri 8-29 sm-ə çatır. Çətir yastı, zəif qabarıqlı və qabarıqlı formada olur. Çiçəyi ikicinslidir. Ləçəkləri 5 ədəd olmaqla sarıdır, dişicik ikiyuvalı, alt yumurtalıqdır. Meyvəsi ikitoxumludur (Şəkil 1.15).
Tохumları yastı lövһəvari, dəyirmi-еllipsvaridır. Rəngi açıq və tund-qəһvəyidir.
Bioloji xüsusiyyətləri. Soyuğadavamlı, işığa və rütubətə tələbkardır. Uzun gün bitkisidir. Uzun günlərdə becərildikdə tezliklə çiçək zoğu verib çiçəkləməyə başlayır. Ona görə də ərzaqlıq məqsədilə becərildikdə qısa günlü günlər və mülayim havalarda, toxum əldə etmək üçün becərildikdə isə uzungünlü, isti havalarda becərmək lazımdır.
Toxumları 3°C -də cücərir, 20-30°C-də cücərməsi daha sürətlənir, 15-18°C-də şüyüd bitkisi normal böyüyüb keyfiyyətli və yüksək ərzaqlıq məhsuk yetişdirir.
Sort və hibridləri. Şüyüdün tərəvəz məqsədilə müxtəlif sort və formaları becərilir: Common, Otello, Qoldkron, Qrinslives, Ella, Kibray, Özbək 243 və s.
Common - şüyüd sortunun hündürlüyü 40-150 sm, yarpaqlarının uzunlugu 5-30 sm, ətirli şirin və xoş dadı var. Təzə halda istifadə olunur. Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.
Otello - Qazağıstanın 19 papulyasiyasından seçmə yolu ilə alınmışdır. Böyük və uzun yarpaqlara malik orta ölçülü rozet əmələ gətirir. Yarpaqların saplağı nazik, hamar və yaşıl rənglidir. Tezyetişəndir, kütləvi cücərmədən texniki yetişkənliyə qədər (əsas zoğun hündürlüyü 15-20 sm olanadək) hava şəraiti və torpağın vəziyyətindən asılı olaraq 22-35 gün çəkir. Bu sort ən yüksək əmtəəlik məhsulu mart - yaz və sentyabr - payız səpini müddətlərində verir. Belə ki, 1 m2-dən 3 kq-a qədər göyərti məhsulu əldə etmək olur.