Lakin son zamanlar introduksiya (gətirilmə) sortlarının əkin sahələrinin genişlənməsi ilə əlaqədar olaraq Gəncə sortunun sıradan çıxması nəzərə çarpır. Bu sortun seleksiyası və bərpa olunması arzu olunur.
|
Şüyüd ən çox işlədilən ətirli səbzə tərəvəz bitkisidir. O, cücərdildikdən 30-60 gün sonra ərzaqlıq yetişkənliyinə, 90-120 gün sonra isə tохumu yеtişgənliyinə çatır.
Şüyüdün tərkibi çox zəngindir. Tərkibində quru maddə 10-12%-ə çatır. 1 kq yaş məhsulda 410 kkal vardır. Zülalın miqdarı 2,5%, sulu karbonlar 7,5%, o cümlədən şəkər 2%-dir. C vitamini 50 mq%, A provitamini 8 mq%-dir. Bitkinin bütün hissələri xoş ətirlidir. Bu ətir anetol adlı efir yağının iyidir. Elə bu yağın adından şüyüd cinsinə Anethum L. (Anethum) adı verilmişdir.
İnsanlar tərəfindən şüyüdün zərif yarpaqları, saplağı və zoğu iştah ilə yeyilir. Onu bir ətirli səbzə tərəvəz kimi çiy, bir çox xörəklərə ətir, həm də dadverici kimi istifadə edilir. Şüyüdün texniki yetişkənlik fazasında (bitkidə toxumların mum yetişkənliyi dövründə) tərə-vəzlərin duza qoyulmasında və marinadlaşdırılmasında istifadə edilir.
N.İ.Vavilovun fikrincə şüyüdün vətəni Aralıq dənizi sahili və Hindistan mədəni əkinçilik mərkəzləridir.
Botaniki təsviri və sort seçmə meyyarları. Şüyüd bitkisi mil kök və onun üzərində budaqlanan kökcüklər əmələ gətirir. Yarpaq qrupu 6-12 yarpaqdan ibarət olur, uzunluğu 12-40 sm-dir. Belə ki, 12 sm-ə qədər kiçik, 12-25 sm orta, 25-40 sm olan yarpaqlar isə uzun yarpaqlardır (Şəkil 1.14). Aşağı və оrta pillədə оlan yarpaqlar saplaqlı, yuхarıda yеrləşən yarpaqlar saplaqsız və qınlıdır. Yarpaq ayası 5-26 sm, еni 5-29 sm, saplağın uzunluğu 2,6-10 sm-dir. Sortlarından asılı olaraq şüyüdün yarpaqları sarımtıl yaşıldan, açıq və tünd-mavi yaşıla kimi dəyişir.
Şüyüd gövdəsi (zoğu) qısa boylu (36-60sm), orta boylu (60-100 sm) və uzun boylu (110- 155 sm) olmaqla 3 qrupa bölünür. Dikinə böyüyərək, 2-6 dərəcə budaq əmələ gətirir, yumru, sığallı, zəif mum örtüklüdür.