|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Texniki yığım dövründə emal üçün istifadə olunacaq tərəvəzlər yığılır.
Sual 2. Ölçüyə görə çeşidləmə məhsulun qablaşdırılmasını çətinləşdirir.
Sual 3. Yarpaqlı tərəvəzlər 10°C temperaturda və 95-97% nisbi rütubətdə
saxlamaq lazımdır.
Sual 4. Kökümeyvəlilərin saxlanılması üçün normal temperatur 0-1°C arasında
olmaqla, nisbi rütubət 90-95% olmalıdır.
Sual 5. Tara dedikdə məhsulu qablaşdıran zaman istifadə edilən qablaşdırma
material başa düşülür.
|
|
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Tərəvəzlərin ................................ onların keyfiyyətinə və ölçüsünə görə
çeşidlənməsindən, qablaşdırılmasından ibarətdir.
Sual 7. Qış üçün saxlanılan kələmin üzərində 2-3 yapışmayan yarpağın olmasına icazə
........................................
Sual 8. Səbzə tərəvəz bitkiləri, o cümlədən turpca, habelə çoxillik bitkilərin məhsulu
....................................... dəstələrə bağlanır.
Sual 9. Tərəvəzlərin qablaşdırılmasında müxtəlif
............................................ istifadə olunur.
Sual 10. Tərəvəzin istehlakçıya keyfiyyətli halda çatdırılması işində
.......................................... əhəmiyyəti böyükdür.