- Seçdiyiniz kökümeyvəli tərəvəzin qablaşdırılması və daşınması
|
- Seçdiyiniz tərəvəzi qablaşdırmaq üçün qablaşdırma materialı seçin.
- Qablaşdırma materialı seçən zaman daşınmanı nəzərə alın.
- Kökümeyvəli tərəvəzi seçdiyiniz taraya qablaşdırın.
- Qablaşdırdığınız məhsulun daşınması üçün nəqliyyat vasitəsini seçin.
- Taraları seçdiyiniz nəqliyyat vasitəsinə yüklyin.
- Yüklənmiş məhsulu saxlayıcılara daşıyın.
|
- Kökümeyvəli tərəvəzin saxlanması üçün saxlayıcının seçilməsi və saxlanması
|
- Məhsulu saxlamaq üçün saxlayıcını müəyyən edin.
- Müəyyən etdiyiniz saxlayıcını məhsulu saxlamaq üçün hazırlayın.
- Məhsulu saxlayıcıya daşıyın.
|
Praktiki tapşırıq 6.1-i yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
• Qeydiyyat üçün kağız və qələm.
• Kökümeyvəli tərəvəz
• Məhsulu qablaşdırmaq üçün tara
• Saxlayıcı
Praktik tapşırıq 6.1-in icrası üçün tələb olunan aşağıdakı cədvəldə verilən bacarıqlardan
hansına sahib
olduğunuzu “Bəli”, sahib olmadığınızı “Xeyr” ilə işarə edin.
Qiymətləndirmə ölçüsü
1. Yığım dövründə kökümeyvəli tərəvəz sahəsinə səfər etdinizmi?
2. Seçdiyiniz kökümeyvəli tərəvəzin yığım üsulunu müəyyən etdinizmi?
3. Təsərrüfatda məhsulun yetişmə və ya yığım dövrünü müəyyənləşdirdinizmi?
4. Standartın tələbinə cavab verən məhsulu seçdinizmi?
5. Kökümeyvəli tərəvəzi seçdiyiniz taraya qablaşdırdınızmı?
6. Məhsulu saxlamaq üçün saxlayıcını müəyyən etdinizmi?
|
|