Məhsulin satışa hazırlanması və satış kanalları
Bazar iqtisadiyyatı şəraitində istehsal olunan məhsul, təsərrüfatdan alıcıya qədər uzun bir yol keçir. Belə ki, məhsul yığılır, qablaşdırılır, daşınır, anbarlara yığılır, satış kanallarında yerləşdirilir və nahayət, alıcılara təklif edilir.
Məhsul yığıldıqdan sonra müxtəlif ölçüdə və materialda taralara yığılır ki, bu da daşınmanı, saxlanmasını asanlaşdırır, özündə əmtəəlik məhsulun və ya firmanın keyfiyyət göstəriciləri haqqında informasiya daşıyır və məhsulu istehsal edən fermerə məhsulun satışını stimullaşdırmaq imkanı verir. Son zamanlar istehsal olunan məhsul daha nəfis şəkildə qablaşdırılır. Bu cür qablaşdırma günün tələbidir və əksər hallarda məhsulu bir başa satış kanallarına vermək üçün həyata keçirilir.
Qablaşdırılma zamanı sahibkar bir neçə məsələyə diqqət yetirməlidir.
Markalaşdırma - istehsalçının əmtələrini eyniləşdirmək, bunları rəqiblərin əmtəə məhsulları ilə fərqləndirmək üçün lazımdır. Marka qabın üzərində yerləşdirilir və tərəflər arasında razılaşdırılmanı əks etdirir. Qabın üzərində yerləşdirilən məlumatlara aşağdakılar aidd edilir:
Bazar dedikdə mövcud olan və ola biləcək əmtəə məhsul alıcılarının cəmi başa düşülür. Əmtəə məhsul insanların təlabatını ödəyən, şəxsi istifadə üçün deyil, şatış üçün istehsal olunan məhsul başa düşülür. Əvvəlki bölmədə qeyd etdiyimiz kimi tərəvəzin əsas əmtəə göstəricilərinə onların xarici görünüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (ölçüsü və ya kütləsi), yol verilən qüsurları (zədələnmənin növü və dərəcəsi) və xəstəlikləri (bakterial, göbələk, fizioloji), həmçinin emalın xarakteri aid edilir.
Hər bir fermer məşğul olduğu istehsal sahəsindən asılı olaraq, öz məhsulunu realizə etmək üçün potensial bazarları və alıcıları müəyyənləşdirməlidir.