Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Son illər bitkiçilik məhsulları, xüsusilə tərəvəz bitkiləri istehsal yerindən (becərildiyi yerdən) bazara çıxarılana qədər keyfiyyətini və əmtəə görnüşünü itirməklə, sərfəli qiymətə satıla bilmir. Bunun da əsas səbəbi məhsulun qablaşdırma, çeşidlənmə və saxlanmasının düzgün təşkil edilməməsidir.
Öyrəndiyiniz yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin tərkib хüsusiyyətləri müхtəlifdir və bunlardan asılı olaraq bəziləri uzun müddətdə, bəziləri isə qısa müddətdə saxlanılaraq tez хarab olub sıradan çıхır. Odur ki, tərəvəzlərin düzgün saхlanılması onun keyfiyyətli qalmasının əsas şərti olduğundan, onun öyrənilməsi birinci dərəcəli əhəmiyyətə malikdir. Məhsulun yaxşı saxlanmasının əsas şərti isə məhsulun düzgün yığılması, sortlaşdırılması və qablaşdırılmasıdır. Yığım vaxtının düzgün müəyyən edilməsi, məhsulun keyfiyyətli yığılmasına səbəb olur. Yığımdan sonra məhsul keyfiyyətindən asılı olaraq çeşidlənir. Standartların tələbinə müvafiq olaraq tərəvəzlər əmtəə emalından keçirilir. Tərəvəzin keyfiyyətli halda istehlakçıya çatdırılmasında tara və qablaşdırma materialları xüsusi əhəmiyyətə malikdir. Qablaşdırma zamanı taradan istifadə daşınmanı asanlaşdırır. Tərəvəzlərin düzgün saxlanmasını təmin etmək üçün saxlayıcıları düzgün seçmək və nizamlamaq lazımdır.
Əziz şagirdlər! Siz bu təlim elementində yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin yığılması, qablaşdırılması, saxlanması qaydaları haqqında məlumat əldə edəcək, emalı üsullarını və satış kanallarını mənimsəyəcəksiniz.
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz: