Vegetasiya dövründə yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin əsas xəstəliklərinin
müəyyənləşdirilməsi və onlara qarşı mübarizə tədbirlərin seçilməsi
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Yarpaqlı və kökümeyvəli tərəvəz sahəsinə səfər edilməsi və xəstə bitkilərdən nümunələrin
toplanması
|
- Yarpaqlı və kökümeyvəli tərəvəz sahəsinə səfər edin və uyğun müşahidələr aparın.
- Xəstəlik əlamətləri müşahidə olunan bitkilərdən xarakterik yarpaq, zoğ, gövdə və
kökümeyvə nümunələri götürün.
|
- Xəstəliyin müəyyənləşdirilməsi
|
- Müəyyən etdiyiniz xəstə bitkilərin şəklini (fotosunu) çəkin.
- Internet materiallarından, kitabdan və katoloqdan istifadə edərək xəstəliyi təyin
edin.
- Nəticələrin düzgünlüyünü yoxlayın, yanlış təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və
doğru təsvir verin.
|
- Yarpaqlı və kökümeyvəli tərəvəz sahəsində yayılan xəstəlilərə qarşı mübarizə tədbirinin
seçilməsi
|
- Təyin etdiyiniz xəstəliklərə qarşı istifadə olunan mübarizə üsullarını
müəyyənləşdirin.
- Tətbiq etdiyiniz mübarizə üsullarının səmərəliyi haqqında məlumat toplayın.
- Səmərəli hesab etdiyiniz mübarizə üsulunun tətbiq qaydalarını müəyyən edin.
|
- Yarpaqlı və kökümeyvəli tərəvəz əkinlərində yayılmış zərərvericilərin müəyyən edilməsi
|
- Tərəvəz sahəsinin bir neçə yerindən müşahidələr aparın.
- Zərərvericilərlə zədələnmiş bitkiləri qeydə alın və onların fotolarını çəkin.
- Kitabdan və internet materiallarından istifadə edərək zərərvericini tanıyın.
|
- Tərəvəz sahəsində yayılan zərərvericilərə qarşı mübarizə tədbirinin seçilməsi
|
- Təyin etdiyiniz zərərvericilərə qarşı tətbiq edilən səmərəli mübarizə üsulunu müəyyən
edin.
- Müəyyən etdiyiniz mübarizə üsulunun tətbiqi qaydalarını öyrənin və tətbiq edin.
|