- Bütün hallarda üzərində təyinatı və istifadəyə yararlılıq müddəti göstərilən pestisidlərdən istifadə
olunmalıdır. Vaxtı keçmiş pestisidlərin sınaqdan keçirilməsinə icazə verilmir. Pestisidlərdən tarada
göstərilən təlimata uyğun istifadə olunmalıdır. Dozanı artırmaq və nəzərdə tutulmadığı halda təkrar
dərmanlamaq qadağandır.
- Əkin sahəsi yalnız məsləhət görülən maddələrlə dərmanlanmalıdır. Məhsul yığımından əvvəl axırıncı
dərmanlama vaxtına ciddi əməl olunmalıdır. Dərmanlama bütün hallarda bitkinin və zərərvericilərin
biologiyasına uyğun olaraq təklif olunan optimal müddətdə aparılmalıdır.
- Səbzə tərəvəzin pestisidlərlə dərmanlanmasına icazə verilmir. Torpaq ziyanvericilərinə və alaq
otlarına qarşı dərmanlanma səpindən qabaq aparılmalıdır.
- Pestisidləri saxlamaq üçün istifadə olunan anbar, mexaniki qurğuları doldurmaq və bitki toxumalarını
dərmanlamaq üçün istifadə olunan meydança yaşayış binasından, heyvandarlıq və quşçuluq fermasından,
su mənbəyindən 200-500 m aralıda olmalıdır.
- Kimyəvi mübarizə aparmağa başlamazdan əvvəl ərazidə olan qonşu təsərrüfatlar tətbiq olunan preparat
haqqında, onun dozası, məqsədi, miqdarı tətbiq qaydası haqqında xəbərdar edilməlidir. Sahənin
sərhəddi xəbərdaredici işarələrlə fərqləndirilməlidir. Arıçılıq təsərrüfatları da xəbərdarlıq
edilməlidir.
- Sahə mexaniki əl qurğusu ilə maksimum eytiyyatla dərmanlanmalıdır. İş zamanı evin qapı və
pəncərələri örtülməli, su mənbələri və heyvan yemləri zəhərli maddələrdən qorunmalıdır.
- Sahənin dərmanlanması səhər tezdən və axşam saatlarında aparılmalıdır.
- Dərmanlanmış sahədə yalnız 3-5 gün keçdikdən sonra işləməyə icazə verilir.
5.4.2. Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər
“Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında” Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və
təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və
dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. .Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər isə “maddə
7”-də öz əksini tapmışdır.
Maddə 7
7.0. Bitkiçilikdə a şağıdakı ekoloji tələblərə cavab verən əkinçilik sistemi tətbiq
edilir:
7.0.1. Torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının
kimyəvi-sintetik (süni)
maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, kompost, yaşıl gübrələr
və s.) tənzimlənməsi;