Yerli tüfeyli həşərata misal olaraq yumurta yeyən trixoqrammanı, habrobrakon minicisini, telenomusu,
apantelesi və s. göstərmək olar.
Trixoqramma olduqca kiçik həşərat olub 0,5-0,8 mm uzunluqdadır. Tüfeyli zərərverici həşəratların
yumurtaları ilə qidalanır. Bu tüfeyli həşərat yumurtasını müxtəlif kəpənəklərin yumurtası içərisinə
qoyur. Tüfeylinin qoyduğu yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını
yeyib, onu məhv edir.
Telenomus tüfeylisi ziyankar bağacığın yumurtasını yoluxdurur. Daxili tüfeylidir.
Afelinus tüfeylisi qanlı mənənəni yoluxdurur. Bir dişi tüfeyli 100-ə qədər yumurta qoya bilir. Qanlı
mənənənin yetgin fərdlərinin daxili tüfeylisidir.
Habrobrakon minicisi. Bu tüfeyli yerli tüfeyli olmaqla, əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancıb iflic
edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun
daxili orqanları ilə qidalanaraq onu məhv edir.
5.4. Pestisidlərdən istifadə qaydaları və bitkiçilikdə tətbiq edilən ekoloji tələblər
5.4.1. Pestisidlərdən istifadə qaydaları
- Pestisidlərlə işlədikdə texniki təhlükəsizliyə görə məsuliyyət sahibkarın öz üzərinə düşür.
- Xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərində yalnız təhsili,
kurs hazırlığı və təcrübəsi olan şəxslərin iştirak etməsinə icazə verilir. Onlar ən azı ildə bir
dəfə təhlükəsizlik tədbirləri barədə mövcud olan məlumatlarla tanış olmalıdırlar.
-
Şəkil 5.37. Pestisidlərdən istifadə zamanı xüsusi geyimlər
Uşaqlara, 18 yaşına qədər olan cavanlara, hamilə və südəmər uşağı olan qadınlara, xəstə adamlara, 50
yaşdan yuxarı qadınlara və 55 yaşdan yuxarı kişilərə pestisidlərlə işləməyə icazə verilmir.
- Mübarizə tədbirlərində istifadə edilən preparatların xarakterinə uyğun olaraq müxtəlif fərdi
mühafizə vasitələrindən istifadə edilməsi tövsiyə edilir (Şəkil 5.37).
- Pestisidlərlə işlədikdə papiros çəkmək, su və qida qəbul etmək qadağandır. Kənar şəxslərin
pestisidlər tətbiq edilən yerdə durmasına icazə verilmir.
- Güclü təsirə və zərərlik xassəsi yüksək olan pestisidlərlə gündə maksimum 4 saat işləmək tövsiyə
olunur. Pestisidlərlə işləyənlər süd içməlidirlər və cavabdeh şəxs vəziyyətə nəzarət etməlidir.
Şübhəli hal müşahidə olunduqda şikayətçiyə ilk yardım göstərilməlidir. Bütün təsərrüfatlarda dərman
qutusu saxlamaq tövsiyyə olunur.
- Əkin sahəsini zəruriyyət olmadıqda dərmanlamaq qadağandır.