Qeyd edilən fitonsid bitkilərdən həlim və cövhərlərin hazırlanma qaydasını sizə təqdim edirik.
Bitkilər | İstifadə olunan orqanlar | İstifadə forması | Hazırlanma və istifadə olunma qaydaları |
Acı yovşan | Çiçəkləmə dövrü yığılmış bütün yerüstü hissədən | Cövhər | Bir kiloqram qurudulmuş kütlə 10-15 dəqiqə qaynadılır. Soyudulmuş cövhər süzülür və 10 litr olanadək su əlavə olunur. Hər 10 litr məhlula 40 qram təsərrüfat (paltar) sabunu əlavə olunur. |
Gülümbahar | Bitkinin toxumlarından | Həlim | 200 qram toxumun üzərinə 10 litr qaynar su tökərək 24 saat saxlayırlar. Soyumuş məhlulu süzərək istifadə edirlər. Tərəvəz bitkiləri əkilən sahələrin cərgəaralarında gülümbaharın becərilməsi. |
At əvəliyi | Köklərindən | Həlim | 300 qram doğranmış kökün üzərinə 10 litr qaynar su tökərək 2-3 saat saxlayırlar. Soyumuş məhlulu süzür və dərhal istifadə edirlər. |
Acılıq otu | Yerüst orqanların üyüdülmüş kütləsindən | Həlim | 4-6 ədəd xörək qaşığı kütləni 10 litr suda həll edərək istifadə edirlər. |
Dağ tərxunu | Çiçəklərindən | Üyüdülmüş kütlə | Qurudulmuş kütləni üyüdür və bitkiləri tozlayırlar |
Biyan, acı paxla, bat-bat, reyhan, iris, dağ laləsi, kəklikotu, berqamot | Bütün yerüstü orqanlarından | Həlim | 5 qram qurudulmuş kütləyə 150 ml qaynar su əlavə olunaraq 6-8 saat saxlanılır. Soyumuş məhlul süzülür və 10 litr su və 40 qram təsərrüfat (paltar) sabunu əlavə olunaraq istifadə edilir. |
Mahmızçiçək | Kök və yarpaqlarından | Cövhər | 1 kq doğranmış kütlənin (kök və yarpaq) üzərinə 10 litr qaynar su tökürlər və iki gündən sonra süzürlər. Süzülmüş məhlul dərhal istifadə olunur. Çiləmədən əvvəl hər 10 litrə 40 qram təsərrüfat sabunu əlavə olunur |
Unutma!