Tərəvəz bitkilərinin aqrotexniki sistemini elə qurmaq lazımdır ki, onun yeyilən hissəsi tez yetişsin, məhsuldar və keyfiyyətli olsun. Məsələn, yarpaqlı tərəvəz bitkilərindən ispanaq, acıtərə cücərmədən təqribən bir ay sonra yeyilən yarpaq, turpca 25-30 gündə, turp və yerkökü isə 70-110 gündən sonra yeməyə yararlı kökmeyvə əmələ gətirir. Bu bitkilərin məhsul verməsi üçün onların çiçəkləməsi lazım gəlmir, əksinə onlar çiçəkləyəndə kök meyvələri yeyilmir.
Beləliklə, yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərini təsərrüfat nişanələrinə, yaxud yeyilən hissələrinin adına görə də qruplara bölürlər:
Yarpağı yeyilənlər - kəvər, ağbaş kələm, qırmızıbaş kələm, savoy kələm, Çin kələmi, şüyüd, keşniş, ispanaq, kahı, reyhan, mərzə, acıtərə, tərxun, nanə, yarpaq xardal, razyana, təkə kişnişi (dişəvər) və s. Bunlardan başqa, kərəviz, cəfəri və çuğundurun da yarpağı yeyilən formaları vardır. Cavan halında baş soğanın da yarpağı yeyilir və buna səbzə soğan deyilir. Kəvərin həm soğanağı, həm də yarpağı yeyilir.
Kökmeyvəsi yeyilənlər - yerkökü, cəfəri, kərəviz, çuğundur, turp, turpca, rus turpu. Yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin öyrənilməsini asalaşdırmaq üçün onları aqrotexniki xüsusiyyətlərinə görə də aşağıdakı qruplara bölürlər: