|
Bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun üstün cəhətləri vardır. Belə ki, bu mübarizənin tətbiqi ucuz başa çatır, insan, heyvanlar və bitkilər üçün zərərsizdir, atmosferi çirkləndirmir. Bioloji mübarizə zamanı zərərverici əksər hallarda zərərverici hələ bitk zədələnmədən əvvəl məhv edilir. Bioloji mübarizə canlılar arasında gedən mübarizəyə əsaslanır, daha doğrusu, bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi nəzərdə tutulur.
Fitonsidlər. Xəstəliklərə qarşı istifadə edilən müxtəlif bitki mənşəli maddələrdən olan fitonsidlər xüsusi əhəmiyyəti ilə seçilir (Şəkil 5.35). Fitonsid bitkilərin özlərini kənar təsirlərdən qoruması üçün ifraz etdikləri xüsusi maddələrdir. Bu maddələr xəstəlik törədicilərinin bitkiyə daxil olmasına imkan vermir, başqa sözlə bitkilərdə əsaslı immunitet yaradır. Fitonsidlərin bitkilərdən alınaraq xəstəliklərə qarşı istifadə edilməsi bioloji mübarizə üsullarından biri hesab edilir. Bu məqsədlə fitonsidlik qabiliyyəti olan bitkilərin cövhəri alınır və müxtəlif üsullarla xəstəliklərə qarşı istifadə edilir.
Kələm və kökümeyvələrə zərərvuran orqanizmlərə qarşı (Mənənələr, güvə, milçəklər, çuğundur qalxanlısı, tripslər, pulcuqqanadlılar, bağacıqlar) bioloji mübarizə məqsədilə fitonsidlərdən istifadə edir. At əvəliyi, aş soğan, acılıq otu. iris, rəvənd, çətənə, gülümbahar, acı yovşan, kəklik otu, sığır quyruğu, gicitkan, mahmuz çiçək və s. fitonsid bitkilərdəndir. Bu bitkilərdən bitki həlimləri hazırlayaraq çiləmələr həyata keçirilir.
Andız, at şabalıdı, acı paxla, başınağacı, dağ laləsi, çətənə (kənaf), ayı soğanı (çöl sarmaşığı), başlıq otu, acılıq otu, berqamont, dağ turpu, bat-bat və cır şalğam bitkilərin həlimindən isə mikroorqanizmlərə (göbələk, virus, bakteriyaya) qarşı mibarizə məqsədilə istifadə edilir.