Mübarizə tədbirləri
Kələm sovkası (Mamestra brassicae L). Yetkin kəpənəyin ön qanadları bozumtul-qonur rəngdədir. Üzərində 3 ləkə - böyrəkşəkilli, dairəvi və paz şəkilli vardır. Yumurta yarım kürəvaridir, sarımtıl rəngdədir. Tırtıllar yaşımtıl-boz, yaxud qonur rəngdədir. Pupu qırmızımtıl-qəhvəyidir. Əsasən respublikanın dağlıq və dağətəyi rayonlarında çox yayılmışdır (Şəkil 5.32). Zərərverici torpağın üst qatında 6-12 sm dərinlikdə pup halında qışlayır. Aprel ayının əvvəli və mayın əvvəlində qışlamış puplardan kəpənəklər uçur, qidalanır, cütləşir və yumurta qoyur. Yumurtalar topa halında (bir topada 100-200 ədəd) yarpağın alt səthinə qoyulur. Yumurtanın 10-15 gün çəkir. Tırtıllar 45-60 gündə inkişafını başa çatdırır, bu müddətdə 5 dəfə qabıq dəyişir və 6 yaş keçirir. İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və orada pup halına keçir. İkinci nəslin inkişafı da birinci nəsildəki kimi gedir. İldə 2 nəsil verir. Tırtıllar əsasən yarpaqlarla qidalanır, kələm baş bağladıqda isə yumrunu deşərək onun içərisinə girib orada qidalanır. Belə zədələnmiş baş yumrusu öz əmtəəlik dəyərini itirir və çürüyür.
Mübarizə tədbirləri